Tarix : 2018 Oct 11
Kod 56645

İran və İraqın parlament spikerləri görüşdü

Amerikalı rəsmilərin hərəkətlərinə toxunan Laricani, Amerikanın İsraili region ölkələrinə hakim etməyə çalışdığını vurğulayıb.

Arannews-İslamazeri.com xəbər verir ki, görüşdə Laricani İran və İraqın iki keçmiş müttəfiq olduğunu, bəzilərinin iki ölkə arasında problem yaratmağa çalışdığını, lakin heç vaxt uğurlu ola bilməyəcəklərini bildirib.
Amerikalı rəsmilərin hərəkətlərinə toxunan Laricani, Amerikanın İsraili region ölkələrinə hakim etməyə çalışdığını vurğulayıb.
Görüşdə İraqın Məclis Sədri Halbusi İranın radikal İŞİD terror təşkilatı ilə mübarizədə İraqa etdiyi yardımlarına görə təşəkkür edib.
Regionun mürəkkəb şərtlərinə işarə edən Halbusi, İraqın İranla münasibətlərini inkişaf etdirmək istədiyini, Amerikanın İrana tətbiq etdiyi sanksiyaları pislədiklərini vurğulayıb.


  • Yazılıb
  • da (də) 2018 Oct 11
  • Göndərən مدير سايت Aran News