Xəbər Lenti

Netanyahu İranı müharibə ilə hədələdi

Həzrəti Məsumənin (ə) vəfatı münasibəti ilə seminar keçirildi (Foto

Emin Şəkinskinin “İnterpol” xətti ilə axtarışda olan keçmiş qaynı həbs edilib

Türkiyə, İran və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edəcək

Allahın evini sökən İbrahim Mehdiyev canıyla əlləşir

Aeroportda rüşvət alınmasına görə DSX əməkdaşlarına həbs cəzası verildi

İran prezidenti Həsən Ruhani Türkiyəyə gedir

Şəhid vərəsəsini polis idarəsinə çağırıblar

Azərbaycan Respublikasının irəli sürdüyü qətnamə BMT-də qəbul edildi

Müsavatçının şikayəti qaytarılıb

Türkiyədən ABŞ-a: Suriyada bizə mane ola bilməyəcəksiniz

Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib

Azərbaycandakı siyasi məhbusların üzləşdiyi xüsusi qadağalar var

Gürcüstan müxalifəti növbədənkənar parlament seçkiləri tələbi ilə fasiləsiz aksiyalara başlayır

Paşinyanın bloku yeni parlamentdə 88 kürsü qazanıb

Xankəndində erməni əsgər gözündən vurulub

Gürcü müxalifəti aksiyaya hazırlaşır: Polis yolları bağladı

Fransız deputat: “Azərbaycanlılar Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulublar”

İlk qadın prezident Salome Zurabişvili and içib

Məhəmməd Əli Husi: Əl-Hudəydədə atəşkəsin dəqiq zamanı müəyyən edildi

Əsəd İranın XİN rəhbərinin köməkçisi ilə danışıqlar aparıb

Azərbaycanda 109 nəfər dərmandan zəhərlənib

Azərbaycanın Qazax və Ağstafa istiqamətində sərhəd qoşunlarını yerləşdirməsini rusiyalı ekspert belə yozdu

İran İraqa gündəlik 45 milyon dollarlıq məhsul ixrac edir

Tacikistanda dövlət müəssisələrinə hicabla daxil olmaq qadağan ediləcək

İran texniki imkanlarına görə “S300” dən qat-qat güclü olan yeni “Bavər373” raket kompleksi hazırladı

Gürcü xalqı onların sifariş etdiyi havaya oynayır - Saakaşvili

Azərbaycanlı məmurun həbs müddəti uzadıldı

Tale Bağırzadə: Mən gerçək dindaramsa, ilk işim zülmkarın qarşısında susmamaqdır

Lukaşenko: Dedik ki, Serj, bu 5 rayonu Azərbaycana ver

Qardaşı: Əbülfəz Sadıqbəyli ailəsi ilə telefon əlaqəsi yarada bilmir

Ələvi: İran və Azərbaycan kəşfiyyat xidmətləri arasında yaxşı əməkdaşlıq var

Avstraliyadan Fələstinə ağır zərbə: Qüdsü İsrail paytaxtı kimi tanıdı

İordan çayının qərb sahilində onlarla fələstinli həbs edildi

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb

Azərbaycana qarşı casusluq edən 19 nəfər aşkarlanıb

Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb

Kollegiya 7 vəkili cəzalandırıb

Arxiv
 
Tarix : 2018 okt 12     |     Kod : 56649

“ABŞ Dövlət Departamenti Əfqan Muxtarlının işi ilə bağlı narahatdır” - Corc Kent

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Corc Kentin Bakı səfəri zamanı demokratiya, regional təhlükəsizlik, Qarabağ münaqişəsi və ikitərəfli əlaqələr müzakirə olunub.

Arannews-"Biz regionda təhlükəsizliyin təminatı və möhkəmləndirilməsi məqsədilə Azərbaycan hökumətinin fəaliyyətini yüksək qiymətləndiririk", - o, çərşənbə günü ABŞ səfirliyində keçirilən mətbuat konfransında deyib. 

"Cənub" qaz dəhlizi Avropaya enerji resurslarının nəqlinin diversifikasiyasının təminatında böyük rol oynayır. Bəzi ölkələr enerji faktorundan "siyasi silah" kimi istifadə edirlər, odur ki, "Cənub" qaz dəhlizi nəqlin diversifikasiyasının təmin olunmasına yardım edir. 
Qarabağ münaqişəsinə toxunan C.Kent Azərbaycan və Ermənistan liderlərinin Düşənbə görüşünü müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik səngiyib. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin dinc nizamlanması üçün hər şeyi edir. 
Azərbaycanda demokratiyanın vəziyyəti və insan hüquqları ilə bağlı sualın cavabında C.Kent deyib ki, bu məsələlər Azərbaycan rəhbərliyi ilə görüşündə müzakirə edilib. Onun sözlərinə görə, fundamental azadlıqların təmin olunması prinsipi istənilən cəmiyyətin inkişafının təminatı üçün əsas prinsiplərdən biridir. "Çox ümid edirəm ki, növbəti səfərim zamanı "Azadlıq" radiosunun reportajlarını dinləyə biləcəyəm", - o vurğulayıb. 
"Ümumilikdə medianın vəziyyətinə gəlincə, mətbuat azadlığı vətəndasların azadlığının və onların öz fikrini sərbəst ifadə etmək və informasiya əldə etmək hüququnun təminatının göstəricilərindən biridir", - C.Kent bildirib. 
"Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı nə deyə bilərsiniz" sualının cavabında C.Kent deyib ki, bu məsələni Bakıda yox, iki həftə öncə ABŞ-da Gürcüstan hakimiyyəti ilə müzakirə edib. Vaşinqton bütün dünyada jurnalistlərin təhlükəsizliyinin təminatına tərəfdardır. Odur ki, Ə.Muxtarlı ilə baş verənlər ABŞ-ı narahat edir, o vurğulayıb. 
2014-cü ildə Azərbaycan hakimiyyəti "Azadlıq" radiosunun Bakı ofisini bağlayıb.
 Jurnalist Əfqan Muxtarlı 2017-ci ildə Tbilisidə oğurlanaraq Azərbaycana verilib və burada qaçaqmalçılığa görə mühakimə olunub.
 Turan




Açar sözlər : 

Yazılıb da (də)   2018 okt 12  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin