Tarix : 2018 Oct 13
Kod 56656

Hizbullah lideri Trampın təhqirlərinə reaksiya verməyən ərəb krallarını kəskin tənqid edib

"Tramp Administrasiyasının qaydaları və meyarları yalnız pul və mal əsasındadı . İnsan hüquqları və demokratiya onu maraqlandırmır. Onun tamahının həddi-hüdudu yoxdur.

Arannews-Qorumaq qarşılığında varlı dövlətlərdən davamlı şəkildə ödəniş tələb etməsi o deməkdir ki, Amerika hökuməti xalqları soyur. O öz müttəfiqlərini alçaldır. Amma onun gündəlik təhqirlər və alçaldmalarının qarşısında dəhşətli dərəcədə sükut var. Trampın bu ədədbiyyatı göstərir ki, bölgədə bir sıra ərəb və müsəlman dövlətləri Amerikaya cizyə və bac ödəyir.”

Hədəf14.az əl-Mənar telekanala istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.Həsən Nəsrullah ötən gün “Hizbullahın anası” Aminə Səlamə xanımın vəfatı ilə bağlı çıxışında bölgədə baş verən son proseslərə də münasibət bildirib.

ABŞ prezidenti Donald Trapın gündəlik olaraq ən yaxın ərəb müttəfiqlərindən davamlı ödəniş tələb etməsini alçaldıcı vəziyyət adlandıran Həsən Nəsrullah bunun qarşısında ərəb krallıqlarının sükut etməsinin dəhəşətli vəziyyət olduğunu deyib.

Həsən Nəsrullah Donald Trampın, “İran 12 dəqiqəyə Yaxın Şərqi tuta bilərdi” fikirnə belə münasibət bildirib:“Trampın İranın bölgəni dəqiqələr ərzində ələ keçirməsi fikri onu göstərir ki, o İranı böyük görür. Həm də onun sözünün bir hissəsi qabartma məqsədi daşıyır və bu da onu göstərir ki, onun administrasiyası (ərəb müttəfiqlərini) silahlandırma ilə milyardlar əldə etmək istəyir.”


  • Yazılıb
  • da (də) 2018 Oct 13
  • Göndərən مدير سايت Aran News