Tarix : 2018 Oct 13
Kod 56657

Nigeriyada 800-dən çox uşaq terrorçuların girovluğundan azad edilib

Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub

Arannews-"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə BMT-nin uşaq fondu UNİCEF-in saytında bildirilib. 

Məlumata görə, buna "Vətəndaş birgə məqsədli qrupu" (CJTF) nail olub. Qurum keçən il beynəlxalq təşkilatla uşaqların terror qruplaşmalarına cəlb edilməsinin qarşısının alınması üçün tədbir görməyi öhdəsinə götürməklə bağlı iş planı imzalayıb. 

UNİCEF-in hesablamalarına görə, əməliyyatların keçirildiyi Mayduquri şəhərində valideynsiz qalan təxminən 1500 uşaq var. "Boko Haram" bu ərazidə aktiv fəaliyyət göstərir. 

Xatırladaq ki, bir müddət əvvəl Nigeriyada “Boko Haram” radikal qruplaşmasının hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 11 nəfər həlak olub.

  • Yazılıb
  • da (də) 2018 Oct 13
  • Göndərən مدير سايت Aran News