Tarix : 2018 Oct 13
Kod 56658

İsrail dinc aksiyaçıları güllələdi; 6 ölü, 160 yaralı

Ötən gün keçirilən Qəzzada keçirilən dinc aksiyada İsrail rejim əsgərləri tərəfindən 7 fələstinli amansızlıqla şəhid edilib.

Arannews-Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib. 
Şəhid olan fələstinlilər 18-29 yaşlı gənclərdir. 
Ə.Əl-Kudra deyib ki, ötən gün keçirilmişdinc aksiyada 154 fələstinli yaralanıb ki, onlardan 5-nin vəziyyəti ağırdır. 
Onun sözlərinə görə, yaralananlardan 50-si azyaşlı uşaq və 10-u qadıdır. 
Fələstinlilər cari ilin mart ayından indiyədək “BÖyük Qayıdış Yürüşü”adı altında dinc aksiyalar təşkil edir. İndiyədək 200-dən çox fələstinli işğalçı İsrail rejim əskərləri tərəfindən şəhid edilib. 
İşğalçı rejim dinc aksiyaçılara qarşı həqiqi döyüş güllələrindən istifadə edir.

  • Yazılıb
  • da (də) 2018 Oct 13
  • Göndərən مدير سايت Aran News