Tarix : 2018 Oct 13
Kod 56660

Putin: “Venesuelanın sabitliyə qovuşmasına kömək etməyə hazırıq”

Rusiyanın prezidenti Vladimir Putin Venesueladakı sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün kömək etməyə hazır olduğunu açıqlayıb.

Arannews-Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, xarici ölkə səfirlərinin etimadnamələrini təqdim etdiyi tədbirdə danışan Putin, Venesueladakı vəziyyətə də toxunub: “Venesuela rəhbərliyinə, bu ölkədəki dostlarımıza və bütün xalqa sosial-iqtisadi vəziyyəti sabitləşdirmək işlərində səmimi qəlbdən uğurlar arzulayırıq. Bu vəzifənin həlli üçün hər cür kömək göstərməyə hazırıq. Moskva enerji, sənaye sahəsində və digər sahələrdə birgə layihələri həyata keçirməyə hazırdır”.

  • Yazılıb
  • da (də) 2018 Oct 13
  • Göndərən مدير سايت Aran News