Tarix : 2018 Oct 14
Kod 56665

Penitensiar Xidmətindən Elgiz Qəhrəmanla bağlı iddialara reaksiya

Beynəlxalq təşkilatların siyası məhbus kimi tanıdığı Elgiz Qəhrəmanın "kars"a salındığı deyilir.

Arannews-Bu barədə NİDA-nın koordinatoru Samir Əsədli sosial şəbəkələrdə məlumat yayıb.
 Onun sözlərinə görə, E. Qəhrəmana qarşı fiziki təzyiq olub.
 Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə deyir ki, işgəncədən söhbət gedə bilməz: "Daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə hər hansı məhkumla bağlı tədbir görüblərsə, deməli, oranın rəhbərliyinin əsası var. Narazıdırsa, müraciət etmək üçün kifayət qədər yerləri var”.
Mehman Sadıqov deyib ki, məhkumlar məhkəməyə və daha yuxarı instansiyalara müraciət edə bilər: "Siz elə danışırsınız ki, sanki o, böyük bir adamdır. O bizim üçün sıradan bir adamdır”.
 S. Əsədli deyir ki, Namiq Qocayevin 14 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunmasından sonra bu problemlər yaranıb: "Namiq Qocayev gəldiyi gündən bloger Mehman Hüseynov və siyasi fəal Elgiz Qəhramana qarşı kobudluq edir, onların telefon danışıqlarına məhdudiyyət qoyub". 
Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. 
O, 2017-ci ilin yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Toplum Tv


  • Yazılıb
  • da (də) 2018 Oct 14
  • Göndərən مدير سايت Aran News