Tarix : 2018 Oct 15
Kod 56675

Müqtəda Sədr: Sünni əhli pay istəməyi kənara qoysun

İraqda Sədr cərəyanı və “Sairun” koalisiyasının sədri ölkəsinin sünni əhlindən olan vətəndaşlarına ünvanladığı məktubda onlardan istəyibdir ki, məzhəbi firqəçiliyi və siyasi pay istəməyi kənara qoysunlar.

Arannews-Həqiqət” QHT (Trutn NGO) – Muqtəda Sədr bu gün səhər tezdən özünün twitter-dəki rəsmi səhifəsində yerləşdirdiyi məktubunda İraq sünnilərindən istəyibdir ki, ümumi mənafeyi partiya və qrup mənafeyindən üstün tutsunlar. O həmçinin bu müraciətdə İraq sünnilərindən istəyibdir ki, bütün iraqlı qrupların təhlükəsiz, dinc yanaşı, həmçinin xəyanət və pozğunluqdan uzaq yaşamaları məqsədilə hökumət vəzifələri üçün müstəqil texnokrat və layiqli şəxsiyyətləri təqdim etsinlər.İraqdakı sünni partiyalar bundan öncə bildirmişdilər ki, bu ölkənin gələcək hökuməti müdafiə, ədliyyə və təhsil nazirliklərini bu ölkənin sünni ərəblərinə tapşırmalıdır.

Pay hökuməti ötən onillikdə İraq hökumətinə qarşı xalq tənqid və etirazlarının əsas mehvərlərindən, eləcə də bu ölkədəki son parlament seçkiləri gedişində partiyalardan bir çoxunun əsas vədlərindən olubdur.

 

  • Yazılıb
  • da (də) 2018 Oct 15
  • Göndərən مدير سايت Aran News