Tarix : 2018 Oct 16
Kod 56681

Təbriz Universitetinin müəllimi: Terror, işğal və separatçılıq millətin istismarı üçün məşum amildir

“Regionda terrorizm, separatizm və işğalın nəticələri” konfransında çıxış edən doktor Məhəmmədəli Mütəfəkkirazad işğal, separatçılıq və terrorun tarix boyu xalqları istismar etmək üçün bir vasitə olduğunu bildirərək deyib ki, İran İslam Respublikasının strategiyası sərhədlərin hər hansı dəyişdirilməsi ilə müxalifət etmək və ölkələrin ərazi bütövlüyünü dəstəkləmək üzərindədir.

AranNews – Təbriz Universitetinin müəllimi konfransda Qarabağın işğal edilməsinə toxunaraq deyib: “Qarabağ, məzlum və anadan ayrı qalmış ərazi olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qəlbində yaraya çevrilməklə yanaşı, İran və region müsəlmanlarının da qəlbinə od vurmuşdur.  Ümidvarıq ki, tezliklə və bədəndən ayrılmış Qarabağın azad olunaraq İslam ağuşuna qayıtması ilə böyük qələbə bayramı keçirək.”M. Mütəfəkkirazad işğal, separatçılıq və terrorun tarix boyu xalqları istismar etmək üçün bir vasitə olduğunu qeyd edərək deyib: “İranın böyük xalqı tarix boyu hər üç məsələdən əziyyət çəkib. Regionda İslam ümmətinin tarixinə nəzər saldıqda görürük ki, Osmanlı İmperiyasının işğalı və parçalanması vahid İslam ərazisinə böyük zərbə vurdu. Çünki imperializm müsəlmanlar arasındakı vəhdətdən qorxurdu. Birinci Dünya Müharibəsindən sonra da bu imperatorluğu parçaladılar və İslam ərazisinin hər bir hissəsi imperialist ölkələrin birinin işğalı altına düşdü.”Doktor Mütəfəkkirazad əlavə edib: “Hindistanın ingilislər tərəfindən işğal edilməsi də istismar və imperializmin digər bir nümunəsidir. Şimali Afrikadan Qərbi Asiyaya qədər ərazidə müsəlmanların vəhdəti düşmənin əsas qorxusu sayılırdı. İran da İslam sivilizasiyasının mühüm bir hissəsi kimi, nəzərəçarpan siyasi və hərbi vəziyyətinə görə 20-ci əsrdə imperialist və istismarçıların diqqət mərkəzinə çevrildi. İslam İnqilabından sonra 17 min terror şəhidinin olması bu sözümüzü təsdiq edir.”Təbriz Universitetinin müəllimi çıxışının davamında deyib: “İstismarçı dövlətlər İkinci Dünya Müharibəsindən sonra regionun qüdrətli ölkələrini parçalamaq, beləliklə onların regional güclərini zəiflətmək fikrinə düşdülər.”Yaxın Şərq xəritəsinə işarə edən natiq vurğulayıb: “İslam İnqilabının qələbəsi müsəlman xalqları oyatdı, onların qəlbində imperializmə qarşı qiyam şövqünü diriltdi. Bundan sonra Amerika yeni Yaxın Şərq xəritəsi çəkməklə müsəlman ölkələri parçalamaq niyyətinə düşdü. Yeni xəritənin yaradılmasında məqsəd sionistlər üçün təhlükəsizlik ətraf yaratmaq, regionun neftini qarət etmək və silah satmaqdır.”

  • Yazılıb
  • da (də) 2018 Oct 16
  • Göndərən مدير سايت Aran News