Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
Arannews-İslamazeri.com xəbər verir ki, hər il Hüseyni Ərbəin yürüşü yaxınlaşan bir vaxtda, Azərbaycan Respublikası və Rusiya Federasiyasında yaşayan minlərlə müsəlman Kərbəla və Nəcəfin yolunu tutur və bu möhtəşəm tədbirdə iştirak edir.
Bu il yenə Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
Astara şəhərində qurulan Ərbəin mərkəzi bu il Astara sərhəd qapısından daxil olacaq ziyarətçilərin sayı əvvəlki ilə nisbətən 25 % artacağını gözlədiklərini açıqlayıb.
Ötən gün Pakistandan da böyük bir karvan İraq torpaqlarına getmək üçün Sistan Bulucistan əyalətinin Mircavə sərhəd qapısından daxil olmuşdu.