Tarix : 2018 Oct 16
Kod 56684

ABŞ mediası Vaşinqtonun Suriyada məğlubiyyəindən yazır

Suriya prezidenti Bəşər Əsəd üçün daha təhlükə yoxdur. Bu səbəbdən Birləşmiş Ştatlar Suriyanın işinə hərbi müdaxilə etməyi dayandırmalıdır.
FaktXeber.com-un Rusiyanın Federal Xəbər Agentliyinə istinadla məlumatına görə, bu barədə The National Interest-in icmalçısı  Duq Bendou (Doug Bandow) xəbər verib.

SƏR-də bir həftə keçirən amerikalı jurnalist bildirib ki, burda hər şeyə kimin rəhbərlik etdiyi dərhal aydın olur. Onun sözlərinə görə, hazırda  ölkənin bütün elitası Dəməşqdə yaşayır: «Hər yerdə təhlükəsizlik qüvvələri görünür, demək olar ki, bütün küçələrdə  Suriya liderinin fotoları ilə bəzənib, sakinlər isə gələcəyə ümidlə baxırlar».İcmalçı vurğulayıb ki, Birləşmiş Ştatlar Bəşər Əsədin getməsi üçün çox səy göstərib, bu isə düzgün deyildi. Çünki onun yerinə qorxunc biri gələ bilərdi.«Bundan başqa  Suriyanı «demokratik» ölkə etmək məqsədiylə «Cəbhət ən-Nusra» terror təşkilatını dəstəkləyib. Əgər bu qruplaşma hakimiyyətə gələrsə ölkə xaosa sürüklənər», - deyə icmalçı bildirib.


  • Yazılıb
  • da (də) 2018 Oct 16
  • Göndərən مدير سايت Aran News