Tarix : 2018 Oct 17
Kod 56691

Azərbaycanın siyasi və mədəni şəxsiyyətləri Təbrizin şəhid imam cüməsini ziyarət edib

“Regionda terrorizm, separatizim və işğalçılığın nəticələri” beynəlxalq konfansında iştirak edən azərbaycanlı qonaqlar terror qurbanı, ilk mehrab şəhidi Ayətullah Qazi Təbatəbainin məzarını ziyarət ediblər.

AranNews – Mərasimdə Azərbaycanın siyasi partiya və qruplarının rəhbərləri, universitet şəxsiyyətləri və media əməkdaşları fatihə oxuyaraq mücahid şəhidin xatirəsini yad ediblər.Mərasimdə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı terroru müstəmləkəçilərin xalqların oyanışına qarşı istifadə etdiyi nəhs vasitələrdən biri adlandıraraq deyib: “İran və Azərbaycan Respublikası xalqları terror və işğaldan əziyyət çəkiblər. Biz bu iki hərəkəti pisləmək üçün heç bir təlaşdan çəkinməmişik.”QAT sədri əlavə edib: “Əhvazda baş verən son terror faciəsində Qarabağ Azadlıq Təşkilatı rəsmi bəyanat yayaraq bu faciəni pislədi və şəhidlərin ailələri ilə həmdərd olduğunu bildirdi.”Şəhid imam cümənin məzarının ziyarəti mərasimində şəhidin oğlu höccətül-islam Qazi Təbatəbai qonaqları salamlayıb, İran İslam Respublikasının terror qurbanlarından biri olduğunu vurğulayıb və bu ölkədə 17 min nəfərdən çox terror qurbanı olduğunu açıqlayıb.Qazi Təbatəbai qərb dövlətlərinin terrora don geydirmək üçün ikili vasitələrdən istifadə etmələrini də tənqid edib.


  • Yazılıb
  • da (də) 2018 Oct 17
  • Göndərən مدير سايت Aran News