Tarix : 2018 Oct 17
Kod 56692

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb.

Arannews-“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze deyib.O bildirib ki, qeydiyyata alınmış 25 namizədin heç biri namizədliyinin geri götürülməsi ilə bağlı müraciət etməyib:“Buna müvafiq olaraq, seçki bülleteninə 25 namizədin hamısı daxil ediləcək”.çiriləcək. 25 namizədin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.Bundan əvvəl Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verdiyi bildirilmişdi.

  • Yazılıb
  • da (də) 2018 Oct 17
  • Göndərən مدير سايت Aran News