Tarix : 2018 Oct 17
Kod 56694

Kərbəla zəvvarlara xidmət verməyə hazırdır

İraqda Kərbəla vilayətinin icra başçısı 12 min könüllü və 10 min mokibin İmam Hüseyn(ə) ərbəini zəvvarlarına xidmət verməyə hazır olduqlarını bildirib.

Arannews-Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Kərbəla icra başçısı Əqil Əttərihi deyib: İraqın baş naziri Heydər Əl-İbadi tərəfindən zəvvarlara xidmət üçün 5 milyard İraq dinarı məbləğində vəsait ayırılıb. Əttərihi deyib: Həşdüşşəbi qüvvələri Kərbəladan kənar istiqamətlərdə və təhlükəsizlik qüvvələri Kərbəla şəhərinin daxilində eləcə də önləyici əməliyyat qrupu və hava qoşunları da təhlükəsizliyin təminində iştirak edirlər. Son günlər İraq xalqının Kərbəlaya doğru yürüşü başlanıb və Mehran, Şeyb , Səfvan və Şələmçə sərhəd keçid məntəqələri və Nəcəf , Bağdad və Bəsrə aeroportları xarici zəvvarları qarşılayırlar. 

Səfər ayının 20-i oktyabrın 30-u İmam Hüseynin(ə) şəhadətinin ərbəininə təsadüf edir. 

  • Yazılıb
  • da (də) 2018 Oct 17
  • Göndərən مدير سايت Aran News