Tarix : 2018 Oct 18
Kod 56699

Deputatxana "stalova", "banket zalı", məktəblər "seks yuvası" olarsa

Bəli, bizim deputatxana bir ara sirk, zoopark adlandırıldı, indi də deputatbaşı özü etiraf edir ki, deputatxananı çayxanaya döndəriblər

Arannews-Asim Mollazadə Səhiyyə nazirini tənqid etdikdən sonra növbəti nazirə növbəti şillə başqa bir deputatdan gəldi. Aqil Abbas bu dəfə Təhsil nazirinin sifətinə şapalaq vurdu. İndi deyərsiniz ki, Aqil Abbas dərslik düzəldənlərə "ilişib", Təhsil nazirinin nə günahı? Günahı odur ki, təhsilin əxz edilməsinə səbəb olan kitabdan xəbərsizdir. Aqil Abbas isə yazıçı olduğu üçün camaatın balasının qeydinə qalmağa çalışır. 

Xəbər verildiyi kimi deputatxanada zərərli informasiyaların qarşısının alınması ilə bağlı qanun haqda müzakirələr gedir. Səfeh insanlar Aşura günü məscidlərə uşaqların gəlməsini qadağan etməyə çalışırdılar, amma bu məsələyə münasibət bildirən azdır. Yoxsa bu tip nanəciblərə uşağının və hətta özünün bu cür erotik yazılar oxuması ləzzət edir. Yoxsa özləri də arada-bərədə uşağın "sumkasına" girib kitabı götürüb oxuyub həzz alırlar. Allah şeytana lənət eləsin. Babalı öz boyunlarına.Nazirlərin deputatlar tərəfindən qınanması yaxşı haldır. Amma deputatları da qınayan lazımdır. Məsələn Zahid Oruc kimi deputatlar deputatlıqdan daha çox insanda icra başçısının maşası təsəvvürünü yaradır. Bu insanı tənqid eləyən lazımdır. Allaha şükür olsun ki, Oktay Əsədovu da Zahid Oruc kimi – naxçıvanlılar demişkən – donqili deputata müsəllət edib. Hər vaxt Zahid Oruc heç vaxt oruc olmayan üfunətli ağzını açanda Oktay Əsədov - "Bəyin oğurlanması" filmindəki İsrafil kişinin (rəhmətlik Yaşar Nuri) dediyi kimi – Zahid Oruca "sən söhbətini elə" deyir...
Bu dəfə isə Oktay Əsədov daha mühüm və daha geniş tənqidə imza atıb. Belə ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb. Çünki səsvermədə 79 deputat iştirak edib. Təsəvvür edin ki, 125 deputatdan cəmi-cümi 79 nəfər. Düzdür ki, səsvermədə faiz hesabı ilə çox insan iştirak edib amma məsələ burasındadır ki, qalan deputatlar deyəsən həmin vaxt "qarın otarmaqla" məşğul olub. Çünki Oktay bəy əlavə edərək deyib ki, deyəsən kofe-çay verilən yeri bağlamalı olacağıq. Əvvəlcə Oktay Əsədovun diqqəinə çatdırmaq istərdik ki, o kofe-çay verilən yeri hər halda bağlamaq asan məsələ deyil. Əgər orada hansısa bir kasıb Allah bəndəsi "toçka" açıbsa niyə üç-dörd qarın otaran deputata görə yazıq kişinin "toçkasını" bağlayırsız, məgər siz Hacıbalasınız? Elə ondansa orada qarın otaran deputatın dosyesini bağlayın, qoy gedib qoyun otarsın da. 
Amma yox, əgər həmin "toçka" nəinki sizin heç icra hakimiyyətinin də bağlamasına gücü çatmadığı hansısa nazirin inhisarındadırsa onda məsələ daha çox müşküldür.
İndi də gələk çay-kofe məsələsinə. Bəli, biz indiyədək yazırdıq, deyirdik ki, ay balam, o deputatxana bir işə yaramır, qovun o hazıra-nazir, təyinatla orda xoruldayan deputatları, bağlayın deputatxananı, əvəzində bazardan-dükandan açın orda. (Onsuz da bizdə mədəniyyət evi, kino-teatr açmazlar, əksinə elm, mədəniyyət ocağını söküb obyekt açarlar) Bizə inanmır, xainlikdə ittham edirdilər. Amma görürsünüzmü, deputatbaşı Oktay müəllim özü etiraf edir ki, deputatxana bu saat "stalova", "banketnı zal" funksiyasını yerinə yetirir. QMİ-də Allahşükür Paşazadəgili "xeyir-şər" evi açıblar, deyilənə görə dini tədbirlər orda keçirilir. Elə deputatxananı da sekulyarların "banketnı zalı" eləsinlər. Qoy sünnət toyusu, nişanı olan oliqarxlar Rusiyadan qayıdıb gəlib deputatxanada şənlik etsinlər. Deputatxanada olan şən deputatlar da elə həmin tədbirlərdə şən klounlar ünvanında işə götürülsünlər. Məsələn Oktay bəydən qabaq Siyavuş Novruzov deputatxanada verilən kotleti Molotov kakteyli ilə səhv salmışdı. O qədər gülmüşdük də. İndi bu adam gəlib hansısa milyarderin deputatxanada keçirdiyi şənlikdə şən klounluq eləsə dünya dağılmaz ki. Yaxud da Zahid Orucun icra başçıları, hakimiyyət adamları arasında girmədiyi göz qalmayıb, elə bu cür şənliklərdə də məddahlığını edib beş-üç manat qazanar da.Amma unutmayaq ki, deputatxana "stalova", məktəblər də seks yuvası olsa bu, böyük fəlakətlər gətirəcək. Necə ki, gətirir.Bəli, bizim deputatxana bir ara sirk, zoopark adlandırıldı, indi də deputatbaşı özü etiraf edir ki, deputatxananı çayxanaya döndəriblər. Yaxşı haldır, davam edin tənqid etməyə. Tənqid nə qədər çox olsa, basılmaz vətən.


  • Yazılıb
  • da (də) 2018 Oct 18
  • Göndərən مدير سايت Aran News