Tarix : 2018 Oct 18
Kod 56701

Yəmənli qəbilələr cəbhə xəttini möhkəmləndirmək üçün birləşirlər

Yəmənli qəbilələr təcavüzkarlara qarşı savaş meydanında mübarizə aparan qüvvələrə dəstək olaraq, öz birlik və həmrəyliklərini elan ediblər.
Arannews-Əl-Aləm kanalının məlumatına görə, Səudiyyə Ərəbistanı tərəfindən Yəmənə qarşı hücumların artması və bu ölkədə dəhşətli cinayətlər törətməsinin ardınca, Təhamə qəbilələri digər yəmənli qəbilələrin dəstəyi ilə, təcavüzkarlara qarşı mübarizə aparmaq üçün bütün imkanlarını cəbhə xəttinin gücləndirilməsinə səfərbər edib.Əl-Aləm kanalının Yəməndəki müxbiri Zİyad Əl-Hüseyni Ərəbistanın Yəməndəki cinayətlərinin geniş vüsət almasına işarə edərək deyib: Yəmənli qəbilələrdən birinin təşkil etdiyi aksiyada plakatların üzərinə Ərəbistanın təcavüzlərində ölən yəmənli uşaqlar və günahsız insanların intiqamını almaq üçün bütün qüvvələrin səfərbər edilməsi və cəbhə xəttinə yönləndirilməsinə təkid edən şüarlar yazılıb. Yəmənin qərb sahilləri sakinləri də təcavüzkarlara qarşı mübarizəyə maddi və insan dəstəyinə təkid məqsədilə geniş aksiya keçirib, qırğın edilən günahsız insanların intiqamının alınmasına təkid ediblər. Bu etiraz aksiyasında iştirak edənlər, Yəmən torpaqlrını təcavüzkarlar və onların muzdlu qüvvələrindən təmizləyəcəklərinə təkid edərək, nəyin bahasına olursa olsun, mübarizə və müqavimətdən əl çəkməyəcəklərini bildiriblər. 

Reportajın davamında bildirilir: Təhami qəbilələri təcavüzkarlara qarşı mübarizədə tək deyillər və digər yəmənli qəbilələr də bu məsələdə onlara dəstək verirlər. 


  • Yazılıb
  • da (də) 2018 Oct 18
  • Göndərən مدير سايت Aran News