Tarix : 2018 Oct 18
Kod 56702

Səud şahzadəsi Ərəbistan kralının istefa verməsini istədi

Ali-Səud rejimi ilə müxalif olan şahzadələrdən biri Ərəbistan kralı Salman bin Əbdüləzizin iqtidardan getməsini istəyib.
Arannews-Əl-Qüds Əl-Ərəbi-nin verdiyi məlumata görə, Ali-Səud rejimi ilə müxalif olan şahzadə Xalid bin Fərhan Ali-Səud kral ailəsinin Ərəbistan xalqı arasında heç bir legitimliyə malik olmadığını deyərək, Ərəbistan kralından hakimiyyəti bir başqa şəxsə verərək, iqtidardan gemtəsini istəyib.

Bundan öncə də Ali-Səud rejimi ilə müxalif olan bir qrup Londonda bir video-yazı yayımlayaraq, Ərəbistan kralının qardaşı şahzadə Əhməd bin Əbdüləzizə xitabən, Ali-Səud hökumətinin devrilməsinə dair şüarlar veriblər.

Əhməd bin Əbdüləziz Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsinin aradınca, bu ölkəni tərk etmək qərarına gələrək, könüllü sürgünə gedib.


  • Yazılıb
  • da (də) 2018 Oct 18
  • Göndərən مدير سايت Aran News