Tarix : 2018 Oct 19
Kod 56706

Netanyahu: İsrail və ərəb ölkələri hər zamankından daha çox biri-birinə yaxınlaşıblar

Netanyahu: İsrail və ərəb ölkələri hər zamankından daha çox biri-birinə yaxınlaşıblar
Arannews-Həqiqət QHT (Trutn NGO) – Sionist rejim baş naziri dünən bu rejimin parlamentində deyib: İsrail və ərəb ölkələri hər zamankından daha çox biri-birinə yaxınlaşıblar.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Benyamin Netanyahu İran təhdidinin bu rejimi ərəb ölkələrinə yaxınlaşdırdığını iddia edib.Son aylarda regionun bəzi ərəb rejimlərinin xüsusiylə Ali-Səud rejiminin İsrail ilə əlaqələrinin adiləşdirilməsi prossesi daha da sürətlənib. Ekspertlərə görə bu İran İslam Respublikasına qarşı əməkdaşlıq istiqamətində baş verir.Sionist rejim ilə əlaqələrin adiləşdirilməsinə dair səylər elə bir şəraitdə həyata keçir ki, bu rejim fələstinlilərə qarşı repressiv siyasətlərini davam etməkdən əlavə bir çox ərəb-islam torpaqlarını işğal edib.


  • Yazılıb
  • da (də) 2018 Oct 19
  • Göndərən مدير سايت Aran News