Tarix : 2018 Oct 19
Kod 56707

Ərbəin ziyarətində iştirak etmək üçün müraciət edən İran vətəndaşlarının sayı milyonu keçib

Hər il olduğu kimi bu il də dünyanın müxtəlif bölgələrindən milyonlarla İmam Hüseyn (ə) aşiqi Ərbəin səfərində iştirak etmək üçün Kərbəlaya yola düşüb.
Arannews-İslaminSesi – alKawthartv-yə istinadən bildirir ki, Ərbəin ziyarətində iştirak etmək üçün müraciət edən iranlıların sayı milyonu keçib. 

Məlumatı Həcc və Müqəddəs məkanların ziyarəti üzrə idarənin rəhbərliyi açıqlayıb. Məlumatda qeyd olunur ki, 20 səfərdə qeyd olunacaq Ərbəin ziyarəti üçün qeydə alınan İran vətəndaşlarının sayı milyonu keçib. 

Müraciət edənlərin sayının artacağı da bildirilib.

 Həmçinin idarədən bildirilib ki, zəvvarlara geniş xidmət məqsədi ilə əlaqədar İran-İraq sərhəddində 3 keçid məntəqəsi: Mehran, Cəzabə və Şələmçə keçid məntəqələri  tam hazır və təhlükəsiz vəziyyətdədir.


  • Yazılıb
  • da (də) 2018 Oct 19
  • Göndərən مدير سايت Aran News