Tarix : 2018 Oct 20
Kod 56711

Mühəqqiq Ərdəbili Universitetinin elmi heyətinin üzvü: Dünyada terror hərəkətlərində məqsəd insanlarda narahatlıq yaratmaq və onlara ağalıq etməkdir

Mühəqqiq Ərdəbili Universitetinin elmi heyətinin üzvü Ərdəbildə keçirilən “Terror və işğalla mübarizə” beynəlxalq konfransında deyib: “Bu günləri dünyanın müxtəlif yerlərində, o cümlədən Asiya, Avropa, Amerika və digər regionlarda terror hadisələrinin şahidiyik. Bu terror əməliyyatlarında məqsəd insanları qorxutmaq, onlarda narahatlıq yaratmaq, beləliklə, onlara ağalıq etməkdir.”

Arannews-Qafqaz Mədəniyyət Mərkəzi – Qarabağ mövzusu ilə bağlı “Terror və işğalla” mübarizə konfransında çıxış edən İbrahimi dünyada baş verən terror hadisələrinə və onların səbəblərinə toxunaraq deyib: “Dünya imperializmi bu terrorları öz muzdurları vasitəsilə həyata keçirir və onları dəstəkləyir. Terrorçuluq və işğalçılıq dünya supergüclərinin öz işğalçılıq siyasətləri üçün ən mühüm vasitələridir.”Doktor İbrahimi əlavə edib: “Ermənistan Qarabağı işğal etdi. Amma diqqət edib Ermənistanın İslam dünyasının bir parçası olan əraziyə təcavüzünün arxasında dünyanın hansı gücləri dayandığını görmək lazımdır. Terrorizm və bu kimi hadisələrlə mübarizə aparmaq istəyiriksə, bunun mənşəsini və hamilərini tanımalıyıq.”Mühəqqiq Ərdəbili Universitetinin elmi heyətinin üzvü Qarabağın azadlığı üçün fikir mübadiləsinə, yekdil fikrə və müxtəlif davamlı toplantıların keçirilməsinə ehtiyac olduğunu irəli çəkərək deyib: “Qarabağ təkcə Azərbaycan Respublikasına deyil, bütün insanlığa və İslam aləminə aiddir. Bu diyarın işğal edilməsi insanlıq haqlarını pozmaqdır.

Bu kimi konfransların keçirilməsi, Qarabağın azad olunması yollarını aramaq üçün toplantıların baş tutması çox mühümdür, amma bu toplantılar ildə bir dəfə deyil, bütün il boyu keçirilməli, məktəblərdə və bütün təhsil mərkəzlərində açıqlanmalıdır. Gənclər və yeniyetmələr İslam dünyasının bir parçasının işğalının arxasında dayanan amillə tanış olmalıdır.”Doktor İbrahimi əlavə edib: “İşğalçılıq terror hadisəsindən də pisdir. Qarabağ regionunda neçə illərdir ki, bu hadisə davam edir. Ümidvarıq ki, İslam aləminin birliyi ilə tezliklə Qarabağın azad olunmasını görək.”




  • Yazılıb
  • da (də) 2018 Oct 20
  • Göndərən مدير سايت Aran News