Tarix : 2018 Oct 21
Kod 56712

Qafqaz məsələləri üzrə tədqiqatçı: Amerika Qarabağda hərbi qüvvə yerləşdirmək istəyir

Doktor Məhəmmədrza Kəffaş deyib: “ABŞ rəsmiləri sionist rejim və Ərəbistanın dəstəyi ilə Qarabağda hərbi qüvvələrini yerləşdirmək niyyətindədir.”

Arannews-Qafqaz məsələləri üzrə təhqiqatçı və ekspert doktor Məhəmmədrza Kəffaş Ərdəbildə Qarabağ mövzusu ilə bağlı keçirilən “Terror və işğalla mübarizə” beynəlxalq konfransındakı çıxışında deyib: “Qarabağ məsələsində bir neçə səhvə yol verilib. Bu səhvlərdən biri də 1994-cü ildə Azərbaycan Respublikası tərəfindən atəşkəsin qəbul edilməsi idi.”Doktor Kəffaş əlavə edib: “Atəşkəs, Azərbaycan torpaqlarının 20 faizi işğal edildiyi bir vaxtda baş tutdu. Bizim də İraqla müharibə təcrübəmiz vardır. İraq ölkəmizin ərazisinə təcavüz etdi və biz 8 il bu təcavüzkar rejimlə döyüşdük. Bununla belə, heç vaxt təslim olmadıq, atəşkəs üçün verilən müxtəlif təklifləri qəbul etmədik, nəhayət, düşməni öz torpağımızdan qovduq. Əgər biz o vaxt atəşkəsi qəbul etsəydik, torpaqlarımız azad olmayacaqdı.”Ekspert çıxışının davamında deyib: “Qarabağ barədə ikinci səhv Azərbaycan Respublikası dövlətinin Minsk qrupunun vasitəçiliyini qəbul etməsi idi. Minsk qrupuna həmsədrlik edən üç ölkə (Amerika, Rusiya və Fransa) və bu qrupun digər bütün üzvləri xristian ölkələridir. Bu qrupun tərkibinə heç bir müsəlman ölkəsi daxil deyil. Təbiidir ki, xristian ölkələri Ermənistanın tərəfini tutacaqlar. Ona görə də Minsk qurpunun Qarabağın Azərbaycana qaytarılması ilə bağlı indiyə qədər heç bir addım atmadığını görürük.”Doktor Kəffaş çıxışının digər hissəsində deyib: “Azərbaycan dövləti bunu başa düşməlidir ki, gələcəkdə belə bir çətinliyə düçar olmasın. Hazırda Amerikada hakimiyyət başında olan Tramp Ermənistana xüsusi diqqət yetirir və Ermənistanın baş naziri Paşinyan da Amerikanın adamıdır. Başqa sözlə, Ermənistan hal-hazırda Amerikanın qucağına düşmüşdür.”Qafqaz məsələləri üzrə tədqiqatçı vurğulayıb: “Amerikalılar Qafqaz üçün planlarının olduğunu deyirlər. Həqiqətdə, onlar öz hərbi qüvvələrini Qarabağda yerləşdirmək istəyirlər. Səudiyyə Ərəbistanı və işğalçı qondarma İsrail də Amerikanın bu planını dəstəkləyir. Amerika bu işi ilə İran və Rusiya sərhədlərinə yaxın olmaq, özünü orada (Qarabağda) möhkəmləndirmək istəyir. Bu səbəbdən Azərbaycan dövləti İslam dövlətlərinin potensiallarından faydalanmaqla və öz milli iradəsinə, ölkəsinin xalqına arxalanmaqla torpaqlarını işğaldan azad etməyə təlaş etməlidir.”Ekspert deyib ki, Azərbaycan dövlətinin məhz silah alması onu Qarabağı azad etmək üçün məqsədinə çatdıra bilməz. Çünki əsas məsələni Azərbaycanın müsəlman xalqı və digər İslam ölkələrinin köməyi ilə yerinə yetirməlidir.Doktor Kəffaş Ermənistan və Azərbaycan dövlətlərinin Qarabağ mövzusi ilə bağlı beynəlxalq konfrans və toplantılara qarşı çıxmalarına işarə edərək deyib: “Ermənistan bu kimi toplantılara qarşıdır. Çünki bu qəbildən olan işlər onun xeyrinə deyil və bu təbii bir məsələdir. Amma mən Azərbaycan bu kimi toplantılara qarşı çıxmasına təəccüb edirəm.”



  • Yazılıb
  • da (də) 2018 Oct 21
  • Göndərən مدير سايت Aran News