Tarix : 2018 Oct 20
Kod 56716

Ərbəin üçün ziyarətçi qeydiyyat sayı 1 milyonu keçib

Həcc və Ziyarət Təşkilatı bu gün etibarı ilə Kərbəlada keçiilrən Ərbəin yürüşündə iştirak etmək istəyən ziyarətçi sayının 1 milyonu keçdiyini bildirib.

Arannews-İslamazeri.com xəbər verir ki, hər il İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününün ildönümü olan Ərbəin günündə keçirilən böyük yürüşə marağın çox olduğu bildirilib.Məsələ ilə bağlı açıqlama verən Həcc və Ziyarət Təşkilatı bu gün etibarı ilə böyük Ərbəin yürüşündə iştirak etmək üçün aparılan qeydiyyatların sayının 1 milyonu keçdiyini bildirib.Kərbəlada keçirilən Ərbəin yürüşündə keçən il 14 milyon zəvvar iştirak edirdi.Bu ilki yürüşdə iştirakçı sayının daha da artması gözlənilir.


  • Yazılıb
  • da (də) 2018 Oct 20
  • Göndərən مدير سايت Aran News