Tarix : 2018 Oct 21
Kod 56718

Qardaş İranda azərbaycanlı Kərbəla zəvvarları üçün Qarabağ şəhidlərinin adlarına çadırlar quruldu – Fotolar

Qardaş İranda azərbaycanlı Kərbəla zəvvarları üçün Qarabağ şəhidlərinin adlarına çadırlar quruldu

Arannews-Həqiqət QHT (Truth NGO) –  Azərbaycandan İraqın Kərbəla şəhərinə İmam Huseyn əleyhissəlamın 40 mərasimi (Ərbəin) üçün səfərə çıxan zəvvarlar İranda böyük ehtiramla qarşılanıblar.Eastnews.org-un verdiyi xəbərə görə, Astara sərhəd keçid məntəqsində İran sərhədçiləri azərbaycanlı zəvvarları Qurani-Kərimin altından keçirərək, onları isti münasibətlə qarşılayıblar.

Bundan əlavə, Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək, İraqa yola düşən zəvvarlar üçün Bicar şəhərində İmam Hüseyn (ə) məscidi qarşısında Qarabağ şəhidləri Allahverdi Bağırovun adına çadır qurulub və zəvvarlara 24 saat xidmətə başlanılıb. Zəvvarların gündə 3 dəfə qidanlanma, internet və digər zəruri təminatlarla qarşılandığı qeyd edilir.Eyni tipli çadırlar Həmədan şəhərində aprel müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Emin Bağırovun adına da quraşdırılıb.İranın küçə və prospektlərində digər Qarabağ şəhidlərinin də təsviri olan plakatların asıldığı bildirilir.

     


  • Yazılıb
  • da (də) 2018 Oct 21
  • Göndərən مدير سايت Aran News