Tarix : 2018 Oct 21
Kod 56719

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanılıb

Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanılıb.

Arannews-Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi rayon Polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya ərazisində saxlanılıb. 

O, Azərbaycana ekstradisiya olunub.


  • Yazılıb
  • da (də) 2018 Oct 21
  • Göndərən مدير سايت Aran News