Tarix : 2018 Oct 21
Kod 56721

Putin: ABŞ-ın İrana qarşı sanksiya siyasəti böyük bir səhvdir

Putin: ABŞ-ın İrana qarşı sanksiya siyasəti böyük bir səhvdir

Arannews-Həqiqət QHT (Truth NGO) –  Rusiya prezidenti İran İslam Respublikasının nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qaldığına işarə edərək, ABŞ-ın İran və digər ölkələrə qarşı sanksiya siyasətini böyük səhv adlandırıb.İRNA-nın bildirdiyinə görə Rusiya prezidenti Vladimir Putin cümə axşamı Soçi şəhərində keçirilən Valday iclasında deyib: Avropa ölkələri də İranın nüvə anlaşmasını pozduğuna inanmırlar. Buna görə də, ABŞ-ın sanksiya siyasəti böyük bir səhv olaraq, dollara olan inamı zəiflədir.Putin bir çox ölkənin dollar yerinə digər valyuta vasitəsindən istifadə etmək fikrində olduğuna işarə edərək, deyib: Avropa ölkələri İran ilə ticarət etmək istəyirlər. Rusiya da İran və digər ölkələr ilə ticarətdə milli valyutadan istifadəyə doğru hərəkət edir.Rusiya prezidenti ABŞ-ın Yaxın Şərqdəki birtərəfli hərəkətlərini də qınayıb və deyib: ABŞ-ın İrana qarşı hərəkətləri terrorizm ilə mübarizəyə və Yaxın Şərqdəki böhranların həllinə kömək etmir. Əskinə, bu məntəqə üçün əlavə problemlər yaradır.Putin ABŞ-ın İranın Suriyadakı iştirakı ilə müxalifətinə işarə edərək, deyib: İran və Suriya müstəqil ölkələrdirlər və Rusiya İranı Suriyadan çıxmağa razı sala bilməz.Rusiya prezidenti həmçinin deyib: Suriyada təhlükəsizlik strukturu formalaşmaqdadır. Və əgər kimlərsə, başqalarının bu ölkədən çıxmasını istəyirlərsə, terrorçuları dəstəkləmək və onları maliyyələşdirməkdən əl çəkməlidirlər.Putin əlavə edib: İŞİD terror qruplaşması Suriyanın ABŞ-ın nəzarəti altında olan ərazilərindəki varlığını möhkəmləndirir.Rusiya prezidenti daha sonra Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğunda qətlə yetirilməsinə işarə edərək, deyib: Vaşinqton Qaşıqçının başına gələnlərə görə məsuliyyət daşıyır.Putin həmçinin deyib: Qərblilər heç bir dəlil və sübut olmadan Rusiya əleyhinə cəza tədbirlərinə əl atdıqları halda, Qaşıqçı məsələsində sükut edirlər.


  • Yazılıb
  • da (də) 2018 Oct 21
  • Göndərən مدير سايت Aran News