Tarix : 2018 Oct 24
Kod 56746

Ərbəin günlərində İranın sərhəd və dəniz qoşunları gücləndirilmiş iş rejiminə keçəcəklər

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı deyib: Ərəbin günlərində quru və dəniz sərhəd qoşunları gücləndirilmiş iş rejiminə keçəcəklər.

Arannews-İRİB-nin verdiyi məlumata görə, general-mayor Qasım Rzayi çərşənbə axşamı Xuzestan vilayətində Çəzabə sərhəd məntəqəsinə baxışkeçirərkən, Ərbəin zəvvarları üçün nəzərdə tutulmuş sadələşdirilmiş qaydalara işarə edib və deyib: Bu istiqamətdə İraq rəsmiləri ilə yaxşı anlaşma əldə olunub. General-mayor Rzayi həmçinin deyib: Gediş-gəlişin sadələşdirilməsi ilə yanaşı Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadəcə sərhəd keçid məntəqələri deyil, bütün sərhəd boyunca xüsusilə Kermanşah, İlam və Xuzestan sərhədlərində təhlükəsizlik tədbirləri gücləndirilib. İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı əlavə edib: İndiyə kimi 700 min zəvvar Mehran, Şələmçə və Çəzabə sərhəd keçid məntəqələrindən keçərək, İraqa daxil olub. General-mayor Rzayi həmçinin deyib: İran bu il Pakistan, Əfqanıstan, Türkiyə və Azərbaycandan gələn çoxlu sayda Ərbəin zəvvarını qəbul edib. 

  • Yazılıb
  • da (də) 2018 Oct 24
  • Göndərən مدير سايت Aran News