Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını BMT-də elan edib.
Arannews-Həqiqət QHT (Truth NGO) – Diplomat BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı Rusiyanın ABŞ-la “müdafiə xarakterli müharibəyə hazırlaşdığını” bildirib.
“Burada az əvvəl iclas zamanı Birləşmiş Ştatlar nümayəndəsi bəyan etdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır və mən bunu təsdiq edirəm”-Belousov BMT-nin Moskvanın orta və yaxın mənzilli raketlərin ləğvinə dair Rusiya-ABŞ müqaviləsinin dəstəklənməsinə dair qətnamə layihəsinin əleyhinə səs verməsinin ardınca bəyan edib. Bu günlərdə ABŞ prezidenti Donald Tramp ölkəsinin həmin müqavildən çıxdığını elan edib və bunu Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.Virtualaz.org-un verdiyi xəbərə görə, Andrey Belousov deyib ki, Rusiya ilə ABŞ arasında bböyük fərq var. “Və linqvistik planda bu fərq həm rus, həm ingilis dilində cəmi bir sözlə ifadə olunur: Rusiya Federasiyası müharibəyə hazırlaşır, ABŞ isə müharibəni hazırlayır”-diplomat qeyd edib.Belousovun fikrincə ABŞ-ın Rusiya ilə müharibəyə başlamaq niyyətini onun orta və yaxın mənzilli raketlərə dair müqavilədən çıxması, nüvə potensialını genişləndirməsi və yeni nüvə doktrinası qəbul etməsi də təsdiqləyir.