Tarix : 2018 Oct 29
Kod 56786

Kim dünyada ədalətsiz məhkəmə qərarları üzrə birincidir

Kim dünyada ədalətsiz məhkəmə qərarları üzrə birincidir


Arannews-Otuz ildir müstəqilik. Sovet xalqı otuz ilə viranə SSRİ-ni tam bərpa edib fəzaya peyk və insan göndərdi. Müstəqil Azərbaycanın hakimiyyəti dövlətimizin adını dünyanın ən mötəbər təşkilatlarının tərtib etdiyi ən geridə qalmış, ən mürtəce, ən bədnam dövlətlər siyahısına saldı. Kim dünyada ədalətsiz məhkəmə qərarları üzrə birincidir? Azərbaycan! Kim insan haqlarının pozulmasına görə ən çox tənqid edilir? Azərbaycan! Kim ifadə azadlığının boğulmasına, jurnalistlərin öldürülməsinə, şərlənərək həbs edilməsinə görə hamıdan çox məzəmmət edilir? Azərbaycan! Hansı dövlətin ali məqamlı məmurlarının oğurluqlarının və rüşvətlərinin gizlinləri dünya mediasının başlıqlarına çıxarılır? Azərbaycanın! Hansı dövlətin xarici siyasəti xalqa və dövlətə deyil, yalnız hakim zümrənin iqtisadi və siyasi maraqlarına xidmət edir? Azərbaycanın! Hansı dövlət öz xalqına xarici siyasətinin Lissabon məğlubiyyətini qələbə kimi bayram elətdirir? Azərbaycan! Hansı dövlət müharibədə uduzduğu torpaqların düşmən tərəfindən hüquqi ilhaqı üçün əlindən gələni edir? Azərbaycan! Hansı dövlət silah alınması bəhanəsilə xaricə milyardlarla dollar köçürüb bu pulu rüşvətə və eyş-işrətə xərcləyir? Azərbaycan! Hansı dövlətin həmkarlar lideri zəhmətkeşin malını əlindən alıb önu intihara sövq edir? Azərbaycan! Hansı dövlət öz vətəndaşlarının istehsalat qəzalarında həlak olmasını təhqiq etmir və müqəssirləri cəzalandırmır? Azərbaycan!Zərdüşt Əlizadə



  • Yazılıb
  • da (də) 2018 Oct 29
  • Göndərən مدير سايت Aran News