Tarix : 2008 Jul 06
Kod 5680

Serj Sarkisyan Abdulla Gülü İrəvana dəvət edib

Serj Sarkisyan, Türkiyə prezidentinə futbol üzrə Ermənistan və Türkiyə milliləri arasında Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində görüşünü izləmək üçün dəvət göndərib.
Armenia Servisi/Aran Agentliyi
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdulla Gülü payızda İrəvana dəvət edib.

Məlumatı «İnterfaks» agentliyinə Ermənistan prezidentinin mətbuat katibi Samverlər Farmanyan verib.

Onun sözlərinə görə, Serj Sarkisyan, Türkiyə prezidentinə futbol üzrə Ermənistan və Türkiyə milliləri arasında Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində görüşünü izləmək üçün dəvət göndərib.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 06