Tarix : 2018 Oct 30
Kod 56800

ərbəin səfəri – Fotolar

“Möminlərin qəlbində İmam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.”

Kərbəla faciəsi məktəbe ibrətdi bizə

O Huseyn bange ədalət özü qiymətdi bizə

Ərbəin yollarında nalə çəkib fəryad elə

Fəryadın ruzi qiyamətdə şəfaətdi bizə


Neçə yol Ərbəinə zaire Huseyn gələcək

Qara köynək geyinib əlində pərçəm gələcək

Deyirəm gör əcibdir ki qutarmır sayısı

O günü ərbəinə Məhdiyi vala gələcək





Qəlbim eşqində yanıb aşiqe amadə olub

Neçə yol gözləmişəm gözlərim əşkiylə dolub

Bir zaman boğazların kəsildiyi kərbubəla

İndidə şiələrin həsrəto hicrani olub



Ağam öz qanı ilə islamı bərpa elədi

Yəzidin ordusunu qanına qəltan elədi

Əli Əsğər qanını aldı ələ səpdi göyə

Asiman ah çəkərək naleyi əfğan elədi





Ya Husey qismət elə zəvvar olaq türbətinə

Səni mən and verirem kərbubəla izzətinə

Zəvvar et bizləridə o ərbəin çöllərinə

Salavat göndərəyin Ali əba ümmətinə



Atdım qədəmi Cənnəti- Rizvaninə gəldim,

Oldum sənə mehman, bu gecə yaninə gəldim.



Məhzərin Ərşi- Xudadır, camalın vəchullah,

Düşdüm bu yola, Rəbbimin ünvanına gəldim.



Dünya dolanır başına ey Zəhra nişanı,

Etdim təvafı, sidq ilə Minasına gəldim.



Aləm sənə möhtacdı fəqət yoxdu bir kəsin,

Atdım bu cahan mülkünü imadadına gəldim.



Gördüm sənə bənzər birini rahi- səfada,

Düşdüm izinə, eşq ilə pişvazına gəldim.



"Ləbbeyk" demişəm mən sənə hər dəmdə ki, Mövla,

Girdim bu bəla eşqinə, çün rahinə gəldim.



Olmuş Səfərin qəlbi pərişan hərəmində,

Zənn etdim Onun ərşeyi- əlasına gəldim.































  • Yazılıb
  • da (də) 2018 Oct 30
  • Göndərən مدير سايت Aran News