Fəryadın ruzi qiyamətdə şəfaətdi bizə

Neçə yol Ərbəinə zaire Huseyn gələcək
Qara köynək geyinib əlində pərçəm gələcək
Deyirəm gör nə əcibdir ki qutarmır sayısı
O günü ərbəinə Məhdiyi vala gələcək

Qəlbim eşqində yanıb aşiqe amadə olub
Neçə yol gözləmişəm gözlərim əşkiylə dolub
Bir zaman boğazların kəsildiyi kərbubəla
İndidə şiələrin həsrəto hicrani olub

Ağam öz qanı ilə islamı bərpa elədi
Yəzidin ordusunu qanına qəltan elədi
Əli Əsğər qanını aldı ələ səpdi göyə
Asiman ah çəkərək naleyi əfğan elədi

Ya Husey qismət elə zəvvar olaq türbətinə
Səni mən and verirem kərbubəla izzətinə
Zəvvar et bizləridə o ərbəin çöllərinə
Salavat göndərəyin Ali əba ümmətinə

Atdım qədəmi Cənnəti- Rizvaninə gəldim,
Oldum sənə mehman, bu gecə yaninə gəldim.

Məhzərin Ərşi- Xudadır, camalın vəchullah,
Düşdüm bu yola, Rəbbimin ünvanına gəldim.

Dünya dolanır başına ey Zəhra nişanı,
Etdim təvafı, sidq ilə Minasına gəldim.

Aləm sənə möhtacdı fəqət yoxdu bir kəsin,
Atdım bu cahan mülkünü imadadına gəldim.

Gördüm sənə bənzər birini rahi- səfada,
Düşdüm izinə, eşq ilə pişvazına gəldim.

"Ləbbeyk" demişəm mən sənə hər dəmdə ki, Mövla,
Girdim bu bəla eşqinə, çün rahinə gəldim.

Olmuş Səfərin qəlbi pərişan hərəmində,
Zənn etdim Onun ərşeyi- əlasına gəldim.



