Azerbaijan Servisi/Aran Agentliyi
Qusar Polis Şöbəsinin əməkdaşları milliyyətcə kalmık olan və uzun müddətdir ki, barəsində beynəlxalq axtarış elan edilən Rusiya vətəndaşını yaxalayıb. ANS Pressin bölgə müxbirinin verdiyi məlumata əsasən, rayonda müvəqqəti pasport qeydiyyatında olan Fəxrəddin Vladimiroviç Məmmədovu operativ məlumat əsasında yaxalamaq mümkün olub. Hazırda o, Qusar Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasındadır. Azərbaycan və RF arasında olan razılığa əsasən, bu şəxs yaxın günlərdə Rusiyaya ekstradisiya olunacaq. F.Məmmədov Rusiya CM «Soyğunçuluq» maddəsilə ittiham edilir.