Tarix : 2008 Jul 06
Kod 5684

AZERBAYCANDA YENƏ BAZAR YANDI, BU DƏFƏ FÜZULİDƏ

Hadisənin baş verməsinin ilkin ehtimalı kimi qaz balonunun partlaması göstərilib. Satıcıların sözlərinə görə, onlara ümumilikdə 1 milyon manata qədər zərər dəyib.
Azerbaijan Servisi/Aran Agentliyi
APA-nın məlumatına görə, yanğın bu gecə saat 3.00 radələrində baş verib. Yanğın nəticəsində bazarda olan 25 mağaza içindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisənin baş verməsinin ilkin ehtimalı kimi qaz balonunun partlaması göstərilib. Satıcıların sözlərinə görə, onlara ümumilikdə 1 milyon manata qədər zərər dəyib.
Qeyd edək ki, rayon bazarı Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşir.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 06