Tarix : 2018 Nov 05
Kod 56849

İranda ABŞ əleyhinə genişmiqyaslı aksiya - FOTOLAR

İranda " 4 noyabr dünya imperializmlə milli mübarizə günü" münasibətilə genişmiqyaslı mitinq keçirilib.

Arannews-Maide.Az "Tasnim" agenliyinə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda minlərlə insan Tehran və digər şəhərlərdə küçələrə çıxaraq “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirib. İran xalqı hər il bu günü qeyd edərək, genişmiqyaslı aksiyalarda özünün milli birliyi və islami vəhdətini nümayiş etdirir. Etiraz aksiyası zamanı ABŞ və İsrail bayaraqları yanadırılıb. Qeyd edək ki, hər il noyabrın 4-ü İranda beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur.Bu gün müasir İran tarixində bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, 4 noyabr 1964-cü ilə İran İslam İnqilabının banisi İmam Xomeyni pəhləvi rejimi tərəfindən Türkiyəyə sürgün edilib. 1978-ci ilin noyabrın 4-də pəhləvi rejiminin siyasətinə etiraz edən tələbələr Tehranda zorakılığa məruz qalıblar. Tələbələrə qarşı silahdan istifadə edilib, yüzlərə tələbə qətlə yetirilib və həbs olunub. Nəhayət 1979-cu il noyabrın4-də yenə də tələbələr ABŞ-ın İrandakı səfirliyini “casus yuvası” adlandıraraq binaya hücum edərək onu dağıdıblar ki, bu da islam inqilabının qələbəsinə böyük təkan verib.Məhz bu tarixi hadisələr nəzərə alınaraq hər il 4 noyabr İranda “Dünya imperializmi ilə milli mübarizə günü” kimi qeyd olunur.

 

 



  • Yazılıb
  • da (də) 2018 Nov 05
  • Göndərən مدير سايت Aran News