Tarix : 2008 Jul 06
Kod 5685

İRANLI GENERALDAN AÇIQLAMALAR

ABŞ ordusu, bu ölkə hökumətinə aiddir. Ona görə də Amerika prezidenti və Sionist kimi müharibəpərəst və ekspansionist şəxslərin sui-qəsdinə məruz edilməməlidirlər
Iran Servisi/Aran Agentliyi
İran silahlı qüvvələrinin qərargah rəisi General-leytenant Seyyid Həsən Firuzabadi Hormoz boğazının açıq olmasını İİR-nın priyoriteti hesab edib. Bu iranlı General-leytenant iyulun 5-də Tehranda bu məsələyə işarə edərək deyib: Regionda İranın milli mənafeyinə göz yumulduğu təqdirdə Tehranda başqalarına istifadə icazəsi verməyəcək. Bunu başqa ölkələr nəzərdən qaçırmamalıdırlar.

O, sonrada 20 il bundan qabaq Hormoz boğazında, ABŞ-ın İİR-nın Airbus tipli sərnişin təyyarəsini vurmaqdakı terrorçu hərəkətlərinə toxunaraq, xəbərdarlıq edib ki, regionda mərkəzləşmiş ABŞ hərbçiləri və əsgərləri İrana aid sərnişin təyyarəni hədəfə alaraq Amerikanın Vinses gəmisinin komandanı kimi, bu ölkə prezidentinin çürümüş kəndirləri ilə quyuya düşməsinlər və öz adlarını müharibə cinayətkarları siyahısında yerləşdirməsinlər.
İranlı General-leytenantın sözlərinə görə, ABŞ ordusu, bu ölkə hökumətinə aiddir. Ona görə də Amerika prezidenti və Sionist kimi müharibəpərəst və ekspansionist şəxslərin sui-qəsdinə məruz edilməməlidirlər.

General-leytenant Firuzabadi ABŞ hökumətinin beynəlxalq sionizmin istilası altında olduğuna inandığına işarə edərək, deyib: Bu ölkə ordusu və xalqı, Sionist ekspansionist və tamahkarlar və ləyaqətsiz hakimlərə qurban getməməlidir.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 06