Tarix : 2018 Nov 07
Kod 56855

Bakıda 13 ölkənin mədəniyyət və incəsənət cazibələrinin təqdimatı keçirilib

Ümumi mədəniyyət günü münasibətilə Bakıda İran İslam Respublikası daxil olmaqla 13 ölkənin iştirakı ilə Azərbaycan Beynəlxalq Məktəbinin sərgi zalında mədəniyyət və incəsənət cazibələrinin təqdimatı keçirilib.

Arannews-İRİB-nin verdiyi məlumata görə, bu sərgidə Azərbaycan Respublikası, İran İslam Respublikası, Türkiyə, İndoneziya, Pakistan, Yeni Zelandiya, Avstraliya, Amerika, Hindistan, İngiltərə, Yaponiya, İtaliya və Gürcüstan iştirak edib. 

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi bu barədə deyib: İran səfirliyinin mədəniyyət attaşeliyi də İranın əl işləri sənayesinə aid nümunələri sərgidə nümayiş etdiribO, daha sonra deyib: Bu sərgidə əl işləri sənayesi ilə yanaşı İran mətbəxinə aid ənənəvi yeməklər, "Yeddisin" süfrəsi habelə, müxtəlif kitablar nümayiş etdirilib. 

  • Yazılıb
  • da (də) 2018 Nov 07
  • Göndərən مدير سايت Aran News