Xəbər Lenti

Qədr gecəsi
Qədr gecəsi Quranın nazil olduğu və insanların bir illik işlərinin təyin olduğu gecədir. Qurani-kərimin Qədr və Duxan surələrində bu gecədən söz açılmışdır.

Ramazan ayında düzgün qidalanmaqla bağlı Məsumlardan (ə) buyuruşlar

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirilib

TBİLİSİDƏ HZ. İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib

İsrail rejimi 1967-ci ildən bu yana Qüdsdə 5 min ev söküb

Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb

Saleh Rüstəmlinin qardaşlarının da ölkədən çıxışına qadağa qoyulub

Paşinyan generalların məruzəsini dinlədi, “nitqi tutuldu”

XİN: Ermənistan Mxitaryandan təxribatçı məqsədləri üçün istifadə edir

Həccə getmə və qayıtma tarixləri məlum oldu

Gəncə hadisələrinə görə öldürülən şəxsin meyiti polis sahə rəisinə niyə verilib

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

İmam Həsənin (ə) mövlud günüdür

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Əhsən Nuruzadə “karser”ə salındı

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Gürcüstanda seçkilər başa çatıb

Ramazan ayının 14-cü gününün duası

Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırd

Sionist rejimin təsis olunması: təbrik ya başsağlığı
1948-ci ildə dünya öz tarixində məşum və acı hadisənin şahidi oldu. Bu hadisə böyük və ağrılı bir faciənin başlanğıcı oldu.

Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı

Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Paşinyana qarşı yeni partiya yarandı

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Paşinyan sülh danışıqları barədə: “Tormozlamayacağıq”

İmam Musa Sədrin əsərləri

DİN: Dünən Azərbaycanda 30 cinayət hadisəsi baş verib

Arxiv
 
Tarix : 2018 noy 06     |     Kod : 56856

Qırxıncı gün – Ərbəin ziyarətindən reportaj

Hər şey İmam Rzanın (ə) bacısı Həkimə (s.ə) xanımın məzarının yerləşdiyi “Bibiheybət” ziyarətgahından başladı. Artıq dərk etməyə başladım ki, müqəddəs bir səfərə qədəm qoyuram. Səfər boyu isə nə az nə çox 47 nəfərlə eyni avtobusu bölüşürdüm.

Arannews-Xoşbəxtlikdən bizi iki ilahiyyatçı – AİP-in sədr əvəzi Hacı İlham Əliyev və Emil Rahiloğlu da müşayiət edirdi və səfər boyu onların ziyarət etdiyimiz yerlərlə bağlı verdiyi məlumat rəğbətlə qarşılanırdı.

Ərbəin (qırxıncı gün) barədə uzun illər eşitsəm və görüntülərə rast gəlsəm də, bu dəfə özüm bu həyəcanı yaşamağa qərar vermişdim. Ərbəini müsəlmanlar “eşq səfəri” kimi də təqdim edirlər. Nə üçün eşq? Bu suala cavab vermək üçün 16 gün mənə kifayət etdi. 

Yol boyu ziyarət etdiyim məkanlar arasında Şah Əbdüləzim, Məsumə xanım (ə), Cəmkəran məscidi, Qədəmgah və Əbasət ziyarətgahlarını qeyd etmək istərdim. Bu məkanlarda hökm sürən hüzn və aramlıq ziyarətgah sahiblərinin nə qədər ali şəxslər olmağından xəbər verirdi. Tarixi mənbələrə görə, İmamzadə Əbdüləzim dörd məsumun – İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə) və İmam Hadinin (ə) imaməti dövründə yaşamış, imamlardan bir çox hədislər nəql etmişdir. Həzrəti Məsumə (s.ə) 8-ci imam Əli ibn Musa Rza və Həzrəti Həkimin bacısıdır və onun mübarək məzarı da Qum şəhərində böyük ziyarətgahdır. Cəmkəran məscidi nintikilməsinə verilən fərmanın tarixi 293-cü hicri qəməri ili (1129-cu il) ramazanın 17-nə təsadüf edir. Qədəmgah isə Şah Abbasın göstərişi ilə hicri 1020-ci ildə inşa edilmişdir. Ehtimal olunur ki, ziyarətgahdakı ayaq izləri məhz İmam Rzaya (ə) məxsus olub. Əbasət və ya tam adı Xacə Əbasət Əbdüssəlam ibn Saleh ibn Süleyman Hərəvi isə müsəlmanların 8-ci imamı Əli ibn Musa Rzanın, 9-cu imamı Məhəmməd ibn Əli Təqi və 10-cu imamı Əli ibn Məhəmməd Nəqinin xüsusi səhabələrindən olmuşdur. 

Məşhəd şəhərində yerləşən 8-ci imam Əli ibn Musa Rzanın (ə) müqəddəs ziyarətgahı qəlblərə məlhəmdir desəm, yanılmaram. Çünki ziyarətgah kompleksində hökm sürən nizam-intizam, zəvvarlara qarşı xoş rəftar və eyni zamanda insanların ibadət etməsi üçün yaradılan şərait bunu deməyə əsas verir. Məhz buna görədir ki, hər il milyonlarla müsəlman müqəddəs ziyarətgaha gəlməkdən zövq alır. 

İrandan İraq ərazisinə daxil olduqdan sonra bizi 6 məsum imamın ziyarətgahında olmaq gözləyirdi. Əvvəlcə Bağdad şəhərinin şimal məhəllələrində yerləşən Kazimeyn məntəqəsində iki Əhli-Beyt İmamının (ə) – İmam Museyi-Kazım (ə) və İmam Muhəmməd ət-Təqinin (ə) məqbərə komplekslərinə yetişdik. Bu məkanlar əsrlərdən bəri müsəlmanların ən məşhur ziyarət ocaqlarından hesab edilir. Kazimeyn şəhəri Kazimiyyə də adlandırılır. Buranın belə adlandırılması elə Həzrət İmam Museyi-Kazımın (ə) adı ilə bağlıdır. Bundan sonrakı səfərimiz Samirra şəhərindəki Həzrət Əli ən-Nəqi (ə) və İmam Zamanın (əc) atası olan Həzrət Həsən Əskərinin (ə) dəfn olunduğu ziyarətgah oldu. Samirra iki nurlu imamın başına fırlanan və onların müqəddəs nurlarından sirab olan və bəhrələnən şiələrin pənah yeridir.

İraqın daha bir müqəddəs şəhəri olan Nəcəfdə olmaq insana xüsusi zövq verirdi. Bu şəhər müsəlmanların birinci imamı Həzrət İmam Əlinin (ə) məzarının yerləşdiyi şəhərdir. Bu məkan əsrlərdən bəri müsəlmanların ziyarət etdikləri ən məşhur ziyarət ocaqlarındandır. Kufə şəhərinin on kilometr qərbində yerləşən Nəcəfə Babul-ulum, yəni “elmlər şəhəri” də deyilir. Bu da Nəcəfdə çoxlu sayda elmi-dini hövzələrin, akademik dini mərkəzlərin olması ilə bağlıdır.

Müqəddəs məkanlarda ziyarətləri başa vurduqdan sonra eşq yürüşünə start verdik. Ərbəin ziyarətinin tərkib hissəsi olan Nəcəf və Kərbəla şəhərləri arasındakı məsafəni piyada qət etmək hər bir zəvvar üçün imtahan rolunu oynayır. Təqribən 3 gün davam edən piyada yürüş boyu yemək, içmək və yatmaq kimi tələbatlar təmin olunsa da, dini, milliyyəti və sosial durumundan asılı olmayaraq hər bir şəxsin bu prosesdə iştirakı ədalət və bərabərliyi ortaya qoymuşdu. 3 gün olsa belə, hər kəsin eyni durumda Kərbəlaya üz tutması sosial durumları bərabərləşdirmişdi. Yol boyu müxtəlif ölkələrdən olan zəvvarlar məclislər keçirir, birgə namazlar qılır və əzadarlıq edirdilər. Yerli və xaricilərdən ibarət könüllüər isə qarşılıqsız olaraq zəvvarlara Kərbəlaya qədər yolda bütün xidmətləri göstərirdilər. 

Nəhayət Kərbəlaya yetişdik. Hüseyn ibn Əli (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) ziyarətgahlarına qədəm qoyduq. Azərbaycanlı zəvvarların bir yerdə və qrup şəklində hərəmə doğru hərəkət etməsi isə ölkəmiz adına böyük bir vəhdəti ortaya qoydu. Azərbaycanlı ilhaiyyatçıların iştirakı ilə zəvvarlar müqəddəs məkana daxil olarkən əzadarlıq etdilər və dualar oxudular.

Əvvəldə qeyd etdiyim "eşq səfəri" ibarəsinə gəlincə, Ərbəin günlərində Kərbəla səfərinə çıxmaq insandan sadəcə eşq və məhəbbət istəyir. Milyonlarla insan izdihamında narahat, yorğun və qəmli şəkildə qalmaq və bununla belə öz ruhiyyəni saxlamaq insandan sadəcə eşq tələb edir. Bu səfərin çətinliyi və yorğunluğu İmam Hüseynə (ə) olan eşqin bir təcəssümüdür. 100 km qədər məsafəni 3 gün ərzində piyada şəkildə getmək və bir çox ləzzətlərdən özünü məhrum etmək həqiqətən eşqin göstəricisidir. "Eşq səfəri"ndə zəvvarların sayı isə milyonlarladır və bu rəqəm hər il artmaqda davam edir. 

Orxan Hüseyn



Açar sözlər : 

Yazılıb da (də)   2018 noy 06  Saat  15   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin