İrana qarşı əsassız ittihamlar irəli sürmək və İran əleyhinə psixi müharibə törətmək, onların güclülüyü deyil, zəifliyinin əlamətidir
Iran Servisi/Aran Agentliyi
İİR İslam Şurası Məclisinin sədri deyib: Amerikalıların regiondakı rəftarları yayındırıcı və ikilidir.
Əli Laricani iyulun 6-da təkidlə bildirib ki, Amerikalıların ikili rəftarlarına bariz nümunə onların İraqdakı terrorçuların vasitəsi ilə dağıdılmış Həzrət İmam Hadi(ə)-ın pak ziyarətgahının bərpa işlərinə əngəl törətməkdir.
Laricani deyib: Amerikalıların tarixi abidələr və əsərlərin qorunub saxlanılmasına etinasızlığı, müasir cəhalətin və bir milyard yarım müsəlmanın mədəniyyətini və sivilizasiyasına etinasızlığın bariz nümunəsidir.
Laricani əlavə olaraq bildirib: Həmin rəftarın başqa nümunəsi dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən terrorçularla uşaqcasına oyun aparmaqdır. Bir tərəfdən onların adını terrorçular siyahisinə daxil edir, digər tərəfdən öz xəfiyyə məmurları vasitəsi ilə onlara dəstək verir.
İran parlamentinin sədri deyib: İrana qarşı əsassız ittihamlar irəli sürmək və İran əleyhinə psixi müharibə törətmək, onların güclülüyü deyil, zəifliyinin əlamətidir.