Xəbər Lenti

Axtarışda olan 40 nəfər saxlanılıb

Türkiyə İsrail ilə əlaqələrini kəsməyə çağırılıb

Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

Qarabağda şəhid edilən Axısqa türkləri - SİYAHI

Saakaşvili gürcüstanlılara çağırış etdi

Ayətullahul-üzma Seyid Əli Xamenei: “Dünyadakı müharibə iradələr müharibəsidir”

Fələstinlilər Qəzza zolağında İsrail üzərindəki qələbələrini qeyd etdilər – Foto

İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa məktub göndərdi

Seçkilərin ikinci turu 28 Noyabrda keçriləcək

Əl-Husi: Artıq dünya kimin sülhə qarşı olduğunu bilməlidir

İsrailin Qəzzaya hücumu Səudiyyənin sifarişi olub

Suriya prezidenti Suveydada azad olan druz girovlarla görüşüb

Gözəl Bayramlının cəzası azaldılıb

''Həbs olunan 4 MAXE-ni zorlayıb, işgəncə veriblər''

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı

İran və Azərbaycan arasında Karnetir gömrük layihəsi icra edilir

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

Nemət Pənahlı azadlığa çıxdı

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

İraq rəsmisi:"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Avropa Məhkəməsi Əvəz Zeynalı ilə bağlı şikayəti araşdırır

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Arxiv
 
Tarix : 2018 noy 08     |     Kod : 56864

Azərbaycan və onun medialarının İrandan imtiyaz istəyinə cavab

Azərbaycan Respublikasının bir sıra mediaları İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bu ölkəyə səfərinin təxirə düşməsini bəhanə edərək fərziyyə və ona bənzər ədəbiyyat formasında İran İslam Respublikasına qarşı qərəzli ittihamlar səsləndirdilər. İran İslam Respublikasının regional əhəmiyyətini, Azərbaycanın həssas dövrlərində onu təmənnasız və tarixi himayə etməyini yada salmaqla Bakı siyasi təhlilçilərini və medialarını reallığı görməyə, tarixi mütaliə etməyə və insafla hökm verməyə dəvət edirik.

AranNews – Son günlərdə Azərbaycan Respublikasının mediaları və sosial şəbəkələri fərziyyə formasında, ona oxşar və müştərək ədəbiyyatla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bu ölkəyə səfərinin təxirə düşməsi ilə bağlı İran İslam Respublikasına qarşı qərəzli fikirlər və ittihamlar səsləndiriblər. Halbuki, İranın qonşu ölkələr, xüsusilə də Azərbaycan Respublikası barədə milli strategiyasını, ümumi siyasətini və əməli hərəkətlərini düzgün tanımamışlar. Məqalənin davamında Azərbaycan Respublikasının qeyrətli və müsəlman xalqına hörmət bəsləməklə sözügedən mediaların insafsız fikirlərinə cavab olaraq bir neçə məsələni qeyd edirik.

İran tarix boyu inkişaf yolunda olaraq, bəzən qarşıdurma, bəzən mədəni dialoq, bəzən də böyük imperatorluq kimi daima bir dağ kimi dayanmışdır. İran ölkəsinin pəncərələri bütün dünyaya açılır, dünyanın böyük siyasətçiləri İranın əməl və reaksiyalarını nəzərə almaya bilmirlər.

İllərdir ki, Amerika və Qüdsü işğal edən rejim İranı müsəlmanların ilk qibləsinin və əziz Fələstinin ümidi, hamisi kimi tanıdırlar, fələstinlilərin və Qəzzə sakinlərinin mübarizə və müqavimətlərinin İranın onları konfranslar və Qüds Günü kimi yürüşlər vasitəsilə mənəvi və davamlı dəstəklərindən təsirləndiyini bildirirlər. İran dəfələrlə “İsrail”in Dəmir günbəz əfsanəsini puça çıxaran ölkə kimi tanıdılmışdır.

Habelə, İran ilk ölkədir ki, müşavir köməyi ilə özünü İraqın köməyinə yetirdi ki, Amerika və Ərəbistanın nəhs sovqatı olan ekstremizmi və onun başında İŞİD-i məhv etsin. Bu köməklərin ardında İran Suriya dövlətinin süqut etməsinə, dünyanın əmin-amanlığına təhlükə sayılan ifratçıların və İŞİD-in bu ölkədə güclənməsinə mane oldu.

Bakının bir sıra ekspertləri sanksiyalar şəraitində İranı zəif durumda və özünü qorumağa təlaş edən bir ölkə kimi tanıtmağa səy edirlər. Halbuki, Amerikanın, yaxud digər ölkələrin İrana qarşı sanksiyaları yeni bir məsələ deyil. Əlbəttə, dünyanın o başından Amerika adlı fasid və sərvət məsti olan bir ölkənin beynəlxalq aləmin dollara etimadından suistifadə edərək İran, Türkiyə və Rusiya kimi ölkələrə iqtisadi təzyiq göstərməsindən region təhlilçiləri, xüsusilə də Azərbaycan Respublikasının siyasi ekspertləri şəraiti dərk etməkdə səhvə düçar olmamalı, əxlaqdan uzaq ədəbiyyatla Amerika və İsrailin yerində oynamamalıdır. Çünki bu gün sizin istər bu ölkənin hakimiyyəti tərəfdən nümayəndə olaraq, istərsə də öz şəxsi ölçülüb-biçilməmiş nəzəriniz xalqların tarix yaddaşında qalacaq. Əlbəttə, Allahın inayəti ilə bütün bu problem və çətinliklər bitəcək.

Siyasət aləmində Qarabağ məsələsi ilə bağlı müzakirələrdə üstünlük və qələbə kartları əldə etmək istəyirsinizsə, bunu öz torpağınızda axtarın, sizin aparıcı kartlarınız müsəlman və qeyrətli gəncləriniz, Mübariz İbrahimovlarınızdır. Biz Azərbaycan Respublikasının bu sərdar kimi şəhidlərinin rəşadətlərinə hörmət bəsləyirik və şəhid Mübarizlər əziz İranımızın şəhidlərinin yanında bizim üçün örnək və iftixardırlar.


İran həmişə Qarabağı İslam torpağı və Azərbaycan Respublikasının ayrılmaz hissəsi bilmiş, bunu müxtəlif vaxtlarda sözdə və əməldə isbat etmişdir.

Qarabağ müharibəsi əfsanə, yaxud tarixin köhnə vərəqlərində yazılmış bir müharibə olmayıb ki, onun tarixi sənədləri arasında ixtilaf, ya təhrif baş versin. Həmin dünən Araz bəndini bağladıq ki, Araz çayının dərinliyi azalsın, Arazın o tayında mühasirəyə düşmüş müsəlman qardaşlarımız, namus, qeyrət və şərəfimiz bu taya keçsinlər, İran ərazisi vasitəsilə yenidən Arazın o tayında təhlükəsiz yerə qayıtsınlar. Arazın bu tayında həmin günlərin şahidi olan əsgərlər hələ də Təbrizdə, Ərdəbildə, Tehranda və s. sağdırlar və o günlərin xatirələrini göz yaşları ilə danışırlar.

Həmin çətin günlərdə iranlı komandir və müşavirlərin Azərbaycan Respublikasında iştirakını görməmək və eşitməmək olarmı?! Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin iranlı komandir və əsgərlərin yanında dayandığı çoxlu video görüntülər və sənədlər mövcuddur. Bu sənədlər həmin günlərdən qalmış minlərlə sənədlərinn çox az bir hissəsidir. Hələ köhnə əsgərlərimiz o günləri unutmayıb. Biz həmin günlər bir-birimizin yanında idik və hələ bizim aramızda uzaqlıq yoxdur.

Qarabağ İslam torpağıdır; Fələstin, Xürrəmşəhr, Tehran, Ərdəbil, Təbriz kimi. Biz Xürrəmşəhri qanla geri aldıq, can-baş verdik, boş əllə son damla qanımıza qədər vuruşduq. Bu dağıdıcı və zorla qəbul etdirilmiş müharibədə qərbli şəriklərinizi tanıdıq. Bəlkə də sizin üçün inanmaq çətindir ki, həmin günlərdə hətta sadə tikanlı məftil təmin etmək üçün də bizə qarşı sanksiya var idi.

Bir müddət qabaq bu xəbər bütün dünyaya yayıldı və Trampın bu cümlələrini oxudunuz: “İrana baxın. Mən (hakimiyyətə) gəlməzdən qabaq İran 12 dəqiqə ərzində bütün Yaxın Şərqi öz nəzarəti altına ala bilmək qüdrətinə malik idi.”

Bəs Tramp gəldikdən sonra İran hərbi sahədə zəifləyib və 12 dəqiqə 13 dəqiqəyə dəyişib?!

Azərbaycan Respublikasının bir sıra medialarının açıqladığının əksinə olaraq İranın bu gün düçar olduğu bəla deyil, bir insanın, bir qrup, yaxud ölkənin beynəlxalq quldura bac verməməsinin əvəzidir. Hər bir ölkə təkcə sözdə deyil, əsl mənada müstəqillik istəsə, belə bədəllərə düçar ola bilər. Bu sanksiyalar və problemlər Amerika və bu böyük şeytanla birgə olanların cinayətlərinə göz yummaqla bir gün ərzində aradan qalxa bilər. Amma biz öz mövlamız İmam Hüseyndən (ə) örnək alaraq zülmkarlara boyun əymirik və o həzrətin Aşura günü buyurduğu kəlamı təkrar edirik: “Zillət bizdən uzaqdır.”

AR-nın bəzi medialarının İranı PKK-ya dəstək verməkdə ittiham etməsi əsassız bir iddiadan başqa bir şey deyildir. İran və Türkiyə əl-ələ veriblər. Türkiyə hakimiyyəti və xalqı 2016-cı ildə bu ölkədə baş verən uğursuz çevriliş cəhdində Amerikanın çirkin əllərini gördü. Hər gündən bu beynəlxalq quldurun mahiyyətini daha çox anladılar. Hazırda Türkiyə İranın yanındadır və öz mövqeini dəyişməklə çoxtərəfli iclaslarda İran və Rusiya ilə birlikdə Suriya məsələsini müzakirə edir.

Evinizin içini ixtiyarında qoyduğunuz, bütün işlərinizi tapşırdığınız Amerika və “İsrail”lə ixtilafınız yarandığı gün qorxuludur. Bilirik ki, gec-tez bu hadisə baş verəcək. Çünki sizin kişilərinizdən əlavə, qadınlarınızın da şəxsiyyəti sionist rejimin zülmkar və uşaq qatili olan ruhiyyəsini qəbul etmir.

Hər dəfə sizin diyarınızın bir müsafirini Arazın bu tayında gördükdə və ya sizin şəhərlərinizə səfər etdikdə özümüzlə sizin aranızda heç bir fərq görmürük. Biz bir ət, dəri və sümükdənik. Bizim incəsənət, ədəbiyyat, tarix, din, dil, hətta Arazın hər iki tərəfində analarımızın nağıl və laylaları birdir. İran xalqı bütün qonşuları, xüsusilə də Azərbaycan Respublikasının çətin günlərində onlara dostluq və qardaşılıq göstərmişdir.


Edvard Lukas “Times” qəzetində Camal Kaşiqçinin qətli ilə bağlı yazdığı məqaləsində (bu məqaləni oxumağı sizə tövsiyə edirəm) deyir: “Regionun şəraitinə diqqət etməklə İranın siyasi quruluşu plüralizm üçün ən kamil nümunədir. İslam ölkələri arasında təkcə Tunis, Türkiyə və Livan İran kimi qanuniliyə və xalq iştirakına malikdir.”

Edvard məqaləsinin davamında yazır: “İranda yüzlərlə xristian kilsəsi mövcuddur və Türkiyə ilə yanaşı ən çox yəhudinin yaşadığı yerdir.”

Kaş, İranın azərilər yaşayan şəhərlərinə, qəhrəman və dözümlü əhalisi İmam Hüseynə (ə) və həzrət Əbəlfəzə (ə) xidmət etməyi bütün Amerika qitəsi ilə dəyişməyən bir yerə səfər edəydiniz.

Ərdəbil, Urmiya, Zəncan, Həmədan və Təbrizin Şəhidlər Məzarlığında minlərlə Mübariz İbrahimovumuz torpağa tapşırılıb. Onlar torpağımızı qorumaq üçün canlarından keçdilər ki, bu qədim diyarın torpağı əbədi olaraq İranın olaraq qalsın.

İmam Hüseynin (ə) Ərbəini ötdü və əhalisinin əksəriyyəti şiələrdən ibarət olan müsəlman Azərbaycan Respublikasında İmam Hüseynə (ə) əzadarlıq mərasiminin keçirilməsi xəbərlərini eşitdik. Həmçinin eşitdik ki, uşaqları məscidə aparmağı qadağan etmisiniz. Halbuki, Roma papası Fransisk, dünya katoliklərinin 81 yaşlı rəhbəri 2018-ci ildə vəftiz mərasimində iştirak etmək üçün Sikstin kapellasına gəlmişdir və oradakı çıxışında analara körpələrinə kilsədə süd verməyi tövsiyə edərək demişdir: “Bu halda siz analar gərək cürətlə öz körpələrinizə sinənizdən süd verəsiniz. Çünki bu eşq dilidir. Eynilə öz sinəsini Məsihin ağzına qoyan Məryəm ana kimi.”

Zülmün hər tərəfi bürüdüyü bir vaxtda İmam Hüseyn (ə) yaxşılığa dəvət və pislikdən çəkindirmək üçün qiyama qalxdı. Aşura ədalətsevərlik, haqtələblik, izzət və azadlıq simvoludur. Aşura bir gün və Kərbəla bir torpaq deyildir. Hər bir insanın Kərbəla və Aşurası ömrünün bir anında çatacaq. Həmin an çatdıqda insan həlledici qərarını verməlidir.

İmam Hüseynin (ə) Aşurası dini qurub-yaratmaq, onu diri saxlamaq və ona qurtuluş vermək qabiliyyətinə malikdir. Aşura günü əhdə vəfa, uşaqlarla mehribanlıq və onlara dəstək, münacat, namazı ilk vaxtda qılmaq, Quran tilavəti, düşmənlə müzakirənin qaydası, etiqadın açıqlanması, fədakarlıq, Allah yolunda səbr, ilahi vəzifəyə əməl etmək, cihad, zülm, tamah və sapınma qarşısında mübarizə, İmam Hüseynə (ə) əzadarlıq günüdür. Aşuranı qoruyub saxlamaq, həqiqətdə Allahın təzahürlərindən birini qorumaqdır. Müsəlmanlar əzadarlıq etməklə yanaşı, Aşuranı “Həcc” surəsində deyildiyi kimi “Hər kəs Allahın təzahürlərinə hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır”-ayəsinin nümunəsi olaraq qorumalıdır.

İmam Hüseynin (ə) yolu ilə tanış olmaq, izzət və azadlıq yolu ilə tanış olmaq deməkdir. İmam Hüseyn (ə) təslim olmaqla və Yezidə beyət etməklə ailəsini, canını və malını amanda saxlaya bilərdi, üstəlik Yezidə beyət edib onun hakimiyyətinə qanunilik verməklə qazanc əldə edərdi. Amma bu qazanc ziyanın özü idi. Bu dünyada su və od, ədalət və zülm, nur və zülmət bir yerə toplanmaz. Zülmkar zülmkarla, zülmət zülmətlə, canavar canavarla bir yerə yığışar.

İmam Hüseynin (ə) xütbələrini, Aşura faciəsini yenidən xatırlamaq, o həzrətə aşkar əzadarlıq etmək ekstremizm deyil, azadlıq nişanəsidir. Kaş, Qafqaz regionundan İŞİD sıralarına qoşulanlar barədə sizə dəqiq statistika verilirdi və görürdünüz ki, İmam Hüseynin (ə) şiələrindən bir nəfər də olsun bu ifratçı qruplara qatılmayıb. Onların çoxu Azərbaycan Respublikasında azadcasına fəaliyyət göstərən və təbliğ edən vəhabi qruplarının ardıcıllarıdır.

Azərbaycan Respublikasında 10 milyon cəmiyyət 30 ilə yaxındır gözləyirlər ki, üç xristian ölkəsindən ibarət bir qrup Qarabağ münaqişəsini onların xeyrinə həll edəcək və onların torpağını Qarabağı işğal edənlərin hamisi, 3 milyon nəfərlik Ermənistandan geri alacaq. Əlbəttə, o günə qədər bu ölkədə müharibə şəraiti qalacaq, seçkilər, partiya və qrupların fəaliyyəti, hətta Qarabağın azadlığı istiqamətində keçirilən aksiyalar kimi bütün siyasi münasibət və hərəkətlər şiddətli təhlükəsizlik tədbirləri altında keçiriləcək. Hakimiyyət fayda götürmək və fayda vermək istiqamətində Amerika və “İsrail”lə dost, hətta İran kimi dost və qardaş ölkə ilə olduğundan da yaxşı əlaqələr quracaq, İran Qarabağı azad etmək üçün Azərbaycan Respublikasının qələbəsinə mane olan ölkə kimi tanıdılacaq. Amma Allahın inayəti ilə və ilahi sünnəyə əsasən, həqiqət heç vaxt örtülü qalmır.

Sovetlər Birliyinin parçalanmasından qabaq az adamlar olardı ki, SSRİ üçün belə bir son proqnoz  versin. Çoxları bu ölkənin dəstəyəni özləri üçün əbədi hesab edirdi. Amma dövran başqa cür əməl etdi. Yaxın illərdə dünyada yeni qüdrət bölgüsünün vəziyyətində əsaslı dəyişiklik senarinin şahidi olacağıq və artıq Amerikanın rəhbərliyi ilə dünyanın təkqütblü olması erası bitmişdir.


Yazılıb da (də)   2018 noy 08  Saat  22   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin