Xəbər Lenti

Axtarışda olan 40 nəfər saxlanılıb

Türkiyə İsrail ilə əlaqələrini kəsməyə çağırılıb

Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

Qarabağda şəhid edilən Axısqa türkləri - SİYAHI

Saakaşvili gürcüstanlılara çağırış etdi

Ayətullahul-üzma Seyid Əli Xamenei: “Dünyadakı müharibə iradələr müharibəsidir”

Fələstinlilər Qəzza zolağında İsrail üzərindəki qələbələrini qeyd etdilər – Foto

İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa məktub göndərdi

Seçkilərin ikinci turu 28 Noyabrda keçriləcək

Əl-Husi: Artıq dünya kimin sülhə qarşı olduğunu bilməlidir

İsrailin Qəzzaya hücumu Səudiyyənin sifarişi olub

Suriya prezidenti Suveydada azad olan druz girovlarla görüşüb

Gözəl Bayramlının cəzası azaldılıb

''Həbs olunan 4 MAXE-ni zorlayıb, işgəncə veriblər''

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı

İran və Azərbaycan arasında Karnetir gömrük layihəsi icra edilir

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

Nemət Pənahlı azadlığa çıxdı

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

İraq rəsmisi:"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Avropa Məhkəməsi Əvəz Zeynalı ilə bağlı şikayəti araşdırır

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Arxiv
 
Tarix : 2018 noy 07     |     Kod : 56865

Zərdüşt Əlizadə: Trampın İsrailin xatirinə etdiyi şıltaqlığa qoşulmaq lazım deyil

Noyabrın 5-dən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minir.

Arannews-ABŞ administrasiyası sanksiyaların cəmi səkkiz ölkəyə aid olmayacağını bəyan edib. ABŞ dövlət katibi Mayk Pompeo həmin ölkələrin adını açıqlmasa da, bəyan edib ki, bu ölkələr də öz növbəsində İranla əməkdaşlığın həcmini azaldacaqlar.ABŞ analitikləri hesab edirlər ki, sanksiyalar nəticəsində İranın neft hasilatını 30 faiz azaldacaq, ölkədə işsizlik və milli valyutanın ucuzlaşması baş verəcək.ABŞ rəsmi Tehran qarşısında 12 maddədən ibarət tələb irəli sürüb ki, bunların da arasında uranın zənginləşdirilməsindən imtina etməsi, İran həbsxanalarındakı ABŞ vətəndaşlarının azadlığa buraxılması, Yəməndə husilərə, Livanda “Hizbullah”a dəstəkdən imtina, İsrailə qarşı heç bir təhdidin səsləndirilməməsi və Suriyadan iranlı hərbiçilərin çıxarılması var.Oktyabrın sonlarında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiyaya, oradan da Cənubi Qafqaz ölkələrinə səfərinin də məqsədi qarşıdan gələn sanksiyalarla bağlı idi və o zaman, amerikalı rəsmi səfərinin məqsədini açıq demişdi.Səfərdən sonra Hamilton Mərkəzində çıxış edən C.Bolton bəyan etmişdi ki, ABŞ Administrasiyası İran neftinin ixracına sanksiya tətbiq etməklə rəsmi Tehranı gərginlikdə saxlamaq istəyir, amma ABŞ bununla belə özünün müttəfiqlərinə də zərbə vurmaq istəmir.“Biz anlayırıq ki, səfər etdiyim bir sıra ölkələr İrandan neft alır və təcili olaraq bunu dayandıra bilməyəcəklər”, - C.Bolton deyib.“Turan” agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib ki, Azərbaycan 2018-ci ilin oktyabrından ABŞ-ın Tehrana neft- qaz sektoru ilə bağlı sanksiyaları ərəfəsində İran vasitəsilə qaz alışını dayandırıb. Boltonun Bakıda İlham Əliyevlə müzakirə etdiyi əsas məsələ İrana qarşı sanksiyaların növbəti mərhələsi olub.Bu barədə Con Bolton keçirdiyi mətbuat konfransında səsləndiridiyi bəyanatda bildirmişdi ki, prezident Əliyevlə İranın göstərdiyi davranışlardan çəkindirmək cəhdlərinin gücləndirilməsi sahəsində və Tehranın nüvə silahlarının işlənməsi barədə müzakirələr aparıb:“Biz prezident Əliyevlə və xarici işlər naziri ilə bu məsələləri müzakirə etdik. Məqsədimiz İrana qarşı maksimum sanksiya tətbiqini təmin etməkdən, eyni zamanda dostlarımıza lazımsız ziyan vurmamaqdan ibarətdir, Azərbaycanda bizim dostlarımız sırasındadır”.Turan” İA hesab edir ki, Bakı üçün İran mövzusu iki komponentdən ibarətdir:“Birinci, İrana qarşı sanksiyaların Azərbaycana iqtisadi cəhətdən mənfi təsirini necə azaltmaq olar. İkinci, Azərbaycanı İranda gözlənilən kataklizmin təhlükəsindən necə qorumaq olar. Bu mənada ABŞ Azərbaycanla dəfələrlə edilmiş cəhdlərə baxmayaraq, indiyədək nail olunmamış geniş və dərin dialoq təklif edə bilərdi”. Siyasi içmalçı Zərdüş Əlizadə Meydan TV-yə deyib ki, əgər Azərbaycan müstəqil dövlət olub, öz milli maraqlarını güdsəydi, Amerikaya beynəlxalq hüququ xatırladardı:“Yəni Vaşinqtona deyərdi ki, tətbiq etdiyin sanksiyalar qanunsuz olduğundan Tehranla münasibətlərini genişləndirəcək. Amma Bakının suçu çox olduğundan ehtiyatlanır, sadəcə, “biz sanksiyaları dəstəkləməyəcəyik” açıqlamasını yaydı. Məsələ ondadır ki, biz Con Boltonun Bakıda apardığı danışıqların detallarından xəbərsizik. Ermənistan sanksiyalara qoşulmayacağını açıq dedi. Keçmiş prezident Ter-Petrosyanın vaxtilə “biz boğulurduq, İran bizə nəfəs verdi” bəyanatına sadiq qaldılar. İndi də İrəvanın Tehranla münasibətləri birinci üçün çox böyük əhəmiyyət kəsb edir. Gürcüstan və Azərbaycan da İranla iqtisadi münasibətlərdən qazanır. Biz Trampın İsrailin xatirinə etdiyi şıltaqlığa qoşulub özümüzə iqtisadi problem yaradası deyilik. Gərək, öz milli maraqlarımızdan gedişata yanaşaq, əks təqdirdə, sanksiyalara dəstək heç bir nəticə verməyəcək. Hətta Avropa Birliyi bəyan edib ki, şirkətlərimizin ziyan çəkməməsi üçün müəyyən qanunlar qəbul etməliyik”.Siyasi icmalçının sözlərinə görə, Azərbaycanın İranla münasibətləri inkişaf edərsə, bunun böyük gələcək perspektivləri var:“Biz İranla iqtisadi münasibətləri inkişaf etdirsək, yaxşı qazanc götürərik”.Zərdüşt Əlizadə düşünür ki, İran 1979-cu ildən təzyiq altında yaşadığından sanksiyalara dözəcək.“Yaxud Kuba ötən əsrin 60-cı illərindən cəza tədbirləri altındadır, Rusiya isə 6 ilə yaxındır sanksiyalar altındadır. Təbii ki, müəyyən narazılıqlar yaranır, amma sistem teokratik olduğundan dayanıqlıdır, hələlik Qurani-Kərimə qalib gələn heç bir ideologiya yoxdur”.


Açar sözlər : 

Yazılıb da (də)   2018 noy 07  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin