Xəbər Lenti

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Səud qəbiləsi və sionist rejimi arasında gizli hərbi əməkdaşlıq

Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar

Mirtağı Əsədov Azərbaycanda saxlanıb

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

Bakı beynəlxalq qətnamələrin pozulmasının təsirləri barədə xəbərdarlıq edib

Azərbaycanlı vətənpərvər gənc Facebook da yazdığı statusa görə həbs edildi

Gürcüstan Müsəlmanları İdarəsi son 5 ilin hesabatını təqdim etdi

ABŞ generalı Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə danışıb

İnanclı məhbus Xalid Kazımov: Aclıq aksiyasına başlayacam

İctimai fəallar Britaniyanın Ərəbistana silah satışını dayandırmasını istəyirlər

Yəmən ordusu Ərəbistan muzdlularının mövqeyinə raket zərbəsi endirib

Nazir: Müasir İpək yolunun bərpasında Azərbaycan, Türkiyə və Türkmənistanın üzərinə böyük məsuliyyət düşür

İŞİD və YPG Deyr əz-Zorda toqquşdu

Azərbaycan-R XİN Norveçin Bakıdakı səfirliyini bağlamasına münasibət bildirib

Jurnalist İlkin Məmmədli sərbəst buraxılıb

Məhkəmə Zamirə Hacıyeva haqqında qərar verdi

ABŞ-da barda atışma nəticəsində 12 nəfər ölüb, İranda isə bar olmadığı üçün

ABŞ-ın İran sanksiyaları: İsrail razı, Qərb narazı – Təhlil

Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib – FOTO

Norveç Bakıdakı səfirliyini bağlayır

Ölkədə bir gündə 99 cinayət qeydə alınıb

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq

Həbsdəki jurnalistə yazılan məktublar verilməyib

İran səfiri: Əcnəbilər Tehran-Bakı əlaqələrinə zərbə vura bilməzlər

Köhnəlmiş neft emalı zavodu Bakını zəhərləyir

Arxiv
 
Tarix : 2018 noy 07     |     Kod : 56867

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur.

Arannews-O həzrət "amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə еvini uçurmağa gələn "fil səhabələri”ni "əbabil” quşları ilə məhv еtmişdir.) Həzrət İsa (ə) əsrlər öncə "İncildə” o həzrətin adını müjdə vermişdir: "Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” 

Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. ("Səff” surəsi, ayə 6; "Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir.

Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə еvlənmiş və "amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gеcə ikən peyğəmbərliyə sеçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət еtmişdir. 

Qеyd еtmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət еtdiyi gün İslam tariхinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır.

İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisəlr və möcüzələr baş vеrmişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür.

PEYĞƏMBƏRİN (S) ATA VƏ ANASI

Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. 

Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. 

Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. 

Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir.

Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir.

Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır.

Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini zyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolnun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. 

Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər.

PEYĞəMBƏRİN (S) ÖVLADLARI

İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur.

Oğlanları: Qasim, Abdullah və İbrahim.

–Qasim; Peyğəmbər (s) bu münasibətlə "Əbülqasim” adlanmışdır. Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir.

–Abdullah; Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan sonra Abdullah anadan olub və Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər.

–İbrahim; Mədinədə o həzrətin Qibtiyyə Mariyyə adlı zövcəsindən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmiş və Bəqidə dəfn olunmuşdur.

Qızları: Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə).

–Zeynəb Peyğəmbərin (s) böyük qızıdır. O həzrətin Xədicə ilə izdivacından beş il sonra doğulmuşdur. Öz xalası oğlu Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir.

–Rüqəyyə İslamdan əvvəl doğulmuşdur. Əvvəlcə Əbu Ləhəbin oğlu Utbəyə nişanlanmış, lakin "Təbbət” surəsi nazil olduqdan sonra Əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılmışdır. Sonra Osman ibn Əfvan ilə izdivac etmişdir. İkinci hicri-qəməri ilində dünyasını dəyişmişdir.

–Ümmü-Gülsüm də Məkkədə doğulmuş, bacısı Rüqəyyə kimi Əbu Ləhəbin digər oğlu Üteybə ilə izdivac etmiş, lakin "Təbbət” surəsi nazil olduqdan sonra ayrılmışdır. Bacısı Rüqəyyə vəfat etdikdən sonra Osmana ərə getmişdir. Üçüncü hicri-qəməri ilində vəfat etmişdir.

–Fatimeyi-Zəhra (s) "besət”dən (Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan) beş il sonra doğulmuşdur. Hicrətdən iki ay sonra Mədinədə imam Əli (ə) ilə ailə qurmuş və on səkkiz yaşında ikən, İslam Peyğəmbəri (s) əbədiyyətə qovuşduqdan doxsan beş gün sonra şəhadətə yetmişdir.

Peyğəmbər (s) özü həyatda ikən xanım Fatimeyi-Zəhradan (ə) başqa, bütün övladları dünyadan köçürlər. O həzrətin iki oğul və dörd qızı Xədicədən, İbrahim adlı digər bir oğlu isə Mariyyə Qibtiyyədən doğulur. Başqa zövcələrindən övladı olmuur.

İslam peyğəmbərİnİn (s) RİSALƏTİ

İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük "Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və "Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. 

O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir.

Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – "Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. 

Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – "Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. 

Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Həzrətin risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar.

Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. 

İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün "Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir.

Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən "Quba” məntəqəsində qarşılayır. (Elə həmin məntəqədə İslamın ilk məscidi – "Quba məscidi”, ondan sonra isə Mədinənin özündə "Peyğəmbər məscidi” bina edilir.) İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qubaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar.

Hicrətin ikinci ilində müsəlmanlarla müşriklər arasında "Bədr” döyüşü baş verir və döyüş müsəlmanların qələbəsi ilə sona yetir. Bir çox müsəlmanların şəhadətinə səbəb olan "Ühüd” döyüşü də elə həmin il baş verir. Hicrətin 5-ci ilində "Əhzab” (Xəndək) döyüşü baş verir. Hicrətin 6-cı ilində "Hüdeybiyyə sülhü” imzalanır. 

Elə həmin ildə Peyğəmbər (s) müxtəlif ölkələrin padşahlarına məktub göndərərək onları İslama dəvət edir. Hicrətin 7-ci ilində "Xeybər” döyüşü baş verir və imam Əlinin (ə) qəhrəmanlığı ilə Xeybər qalası fəth olunur. Hicrətin 8-ci ilində Məkkə fəth olunur və bütxanalar dağıdılır. 

Elə həmin ildə Peyğəmbərin böyük qızı Zeynəb vəfat edir və İbrahim adlı oğlu dünyaya göz açır. Hicrətin 10-cu ilində Peyğəmbərin 18 aylıq övladı İbrahim dünyasını dəyişir. Hicrətin 11-ci ilində Peyğəmbər (s) "Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, "Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati.)

Rza Şükürlü
Maide.az


Açar sözlər : 

Yazılıb da (də)   2018 noy 07  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin