Tarix : 2018 Nov 07
Kod 56869

İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti

İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti
Arannews-İmam Sadiq (ə) nəql edir: “Həzrət İmam Həsən (ə) öz əhli-beytinə belə buyurmuşdu: “Mən Peyğəmbər (s) kimi zəhərlə şəhid olacağam”. Və soruşurlar ki, bu işi kim görəcəkdir? Həzrət buyurur: Bu işi həyat yoldaşım Cödə - Əşəs ibni Qeysin qızı görəcəkdir. Müaviyyə gizli şəkildə ona zəhər göndərəcəkdir və ona əmr edəcəkdir ki, bu zəhəri mənə içizdirsin”. Deyirlər ki, onu evindən çıxart. Buyurur: “Onu evimdən necə çıxardım ki, hələ bir iş görməmişdir. Əgər onu evimdən çıxartsam, ondan qeyrisi məni öldürməyəcəkdir. İnsanların yanında (Cödənin) üzrlü səbəbi olacaqdır ki, cinayət etmədən məni evindən çıxartdı”.Təbii ki, İmam (ə) bunun nə zaman baş verəcəyini dəqiq bilmirdi, belə ki, əks təqdirdə bu zəhərin içilməsinin qarçısını ala bilərdi.
Bir müddət sonra Müaviyyə çoxlu mal ilə bir yerdə öldürücü zəhəri də Cödə üçün göndərir. Ona xəbər göndərir ki, əgər bu zəhəri İmam Həsənə (ə) içizdirsə, ona yüz min dirhəm verəcək və oğlu Yezidlə evləndirəcəkdir. Ona görə də bu qadın İmamı (ə) öldürmək üçün cürət edir.Həzrət (ə) bir gün oruc tutmuşdu və həmin gün çox isti idi və susuzluq ona təsir etmişdi. İftar zamanı çox susuzlamışdı. Həmin qadın süddən şərbət düzəldir və zəhəri də içinə tökür. Sonra İmama (ə) verir və İmam Həsən (ə) də onu içir. İçən zaman zəhəri hiss edir və buyurur: “İnnə lilləh və inna ileyhi raciun”. Sonra Allaha həmd edir ki, bu fani dünyadan cavidan dünyaya yollanır. Babasını, atasını, anasını, əmisi Cəfəri və Həmzəni görəcəkdir.Üzünü Cödəyə çevirir və buyurur: “Məni öldürdün, Allah da səni öldürsün. Allaha and olsun ki, məndən sonra canişinin olmayacaqdır. Həmin şəxs səni aldatdı, Allah səni və onu Öz əzabı ilə xar etsin”. Həzrət Həsən (ə) iki gün məşəqqət çəkdi və şəhadətə çatdı..Müaviyyə də həmişəki kimi vədinə əməl etmədi və vədə verdiyi pulu verdi, ancaq Yezidlə evləndirmədi. O, demişdi: “O kəs ki, Həsənə (ə) vəfa etmədi, Yezidə də vəfa etməyəcəkdir”

  • Yazılıb
  • da (də) 2018 Nov 07
  • Göndərən مدير سايت Aran News