Tarix : 2008 Jul 06
Kod 5687

Ayətullah Məkarem Şirazi: Etimad yaratmaq üçün ilk addım qərblilər tərəfindən atılmalıdır

Qərblilər öz növbələrində dünya xalqlarının etimadını qazanmağa borcludurlar
Iran Servisi/Aran Agentliyi
Böyük mərcəi təqlid Həzrət Ayətullah Məkarem Şirazi deyib: İranın nüvə məsələsi ilə bağlı hər nədən öncə qərblilər dünya xalqlarının etimadını qazanmalıdırlar.

Ayətullah Məkarem Şirazi İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlilini qəbulu zamanı əlavə olaraq deyib: Qərblilər qəul olunası və məntiqə əsaslanan təklif irəli sürməli və xalqların etimadını qazanmalıdırlar. Bu da, bir o qədər mürəkkəb məsələ deyil.
Ayətullah Məkarem Şirazi vurğulayaraq bildirib: Qərblilər öz növbələrində dünya xalqlarının etimadını qazanmağa borcludurlar. Belə ki, dünya xalqları Yaponiyanın Xiroşima şəhərində törədilmiş faciənin təkrar olunmayacağına əmin olmalıdırlar.
Ayətullah Məkarem Şirazi əlavə olaraq bildirib: İran nüvə fəaliyyətləri haqqından çəkinməyə dair heç bir məntiqsiz təklifi qəbul etməyəcək

  • Yazılıb
  • da (də) 2008 Jul 06