Xəbər Lenti

Bakıda Həzrət Vəliyye Əsr(əc)-in mövlud mərasimi keçirilib

Bakı Ərəbistan və Amerikanın yeni nüfuzu qarşısında ehtiyatlı olmalıdır

İmamın (ə.f) qeybinin 8 səbəbi

''Yeməyə çörək tapmırdıq, böyrəyimi satdım, bazarlıq elədim

Düşmən həftə boyu atəşkəsi 135 dəfə pozub

Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub

Türkiyə ordusu 2 şəhid verdi

İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri

Hicablı qadının apardığı 10 illik mübarizə nəticə verdi

İran Azərbaycana 3,4 milyard dollar həcmində investisiya yatırıb

Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı

Milli Şura yenə mitinq qərarı verib

Qarabağ Komitəsi mitinq keçirməkdən imtina etdi

Zərif-Ərdoğan görüşündə İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü ABŞ-da keçirilə bilər

Ordunun Tehrandakı paradında S-300 raket sistemi nümayiş etdirilib

Lavrov: "Bakı və Yerevan Dağlıq Qarabağla bağlı son razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır"

İranlı nazir Bakıya gəlir

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Yəmən Ordusu yeni modern raket istehsal etdi; BƏDR-F

Daha bir qrup siyasi məhbus azadlığa çıxır

Azərbaycan erməni jurnalistləri qəbul etməyə hazırdır

Mübariz Qurbanlı: "Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır"

Kərbəla qəhrəmanı: Həzrət Əli Əkbər

Cinayət örətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Elçin Quliyev Ermənistanla sərhəddə

Türk deputat İrəvanda erməniləri susdurdu: “Qarabağ Azərbaycanındır”

Qəbələdə evi yanan ailə: 20 gündür soyuq çadırda yaşayırıq

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Zərif Bəşşar Əsədlə görüşüb

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Suriya, İraq və İİR vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır

İnsanlar öz əməllərində məcbur deyillərm – Hacı İlham Əliyev yazır

Daha bir reper həbs olundu - DİN-dən açıqlama

Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin iclası başa çatıb

Qarabağ komitəsi mitinqin vaxtını dəyişdirib

Ermənilər kəndlərimizi atəşə tutdu

Həftə sonu yol qəzalarında 7 nəfər ölüb

Arxiv
 
Tarix : 2018 noy 08     |     Kod : 56872

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar”

Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Şamil Abduləliyev üç ildir ki, Nardaran məhbusudur. O, 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarıyla birlikdə həbs olunub.

arannews- Elə həmin əməliyyatda ona dəymiş üç güllədən ikisini indiyədək ayağında gəzdirir. Atası deyir, o ayaq indi elə vəziyyətə düşüb ki, Şamilin özünün həyatı təhlükə altındadır.Bu barədə AzadlıqRadiosuna danışan Adil Abduləliyev bildirir ki, oğlunun ayağında qısalma və əyilmə gedir. Ayağın gücü qalmayıb, sərbəst hərəkət edə bilmir: «Ayağında kəskin ağrıları var. Ayaq bədəni gəzdirmir, əksinə, Şamil əliylə ayağını qaldırıb harasa qoyur. Təcili cərrahiyyə əməliyyatı olunmalı, güllələr çıxarılmalıdır. Adamı bədənində güllə ilə həbsdə saxlamaq işgəncə sayılır. Heç əsirlə belə davranmırlar. Əgər bizimkilər müharibə vaxtı erməni əsirini tutsalar, mütləq bədənindəki gülləni çıxarmalıdılar. Beynəlxalq hüquq normaları bunu deyir. Mənim oğlumu üç ildir bu vəziyyətdə saxlayırlar».«Növbə üç aya da çata bilər, üç ilə də»A.Abduləliyev 15 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Atası deyir ki, ara-sıra onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürürlər, ancaq xeyri yoxdur. Bir müddət öncə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin göstərişiylə Ş.Abduləliyev 1 Saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) kompüter müayinəsindən keçirilib, ardınca Travmatologiya İnstitutunda həkim komissiyası belə nəticəyə gəlib ki, mütləq əməliyyat olunmalıdır. Atası deyir ki, Şamili dövlət hesabına əməliyyat üçün növbəyə də yazıblar. Bu, iyun ayında olub: «Üstündən beş ay keçib, hələ heç bir xəbər yoxdur. Bizim özümüzə də deyiblər ki, növbə üç aya da çata bilər, üç ilə də. Onun da vəziyyəti günü-gündən pisləşir. Bir tədbir görməsələr, təkcə ayağı yox, bütövlükdə özü təhlükə altında qalacaq».A.Abduləliyev özəl klinikalardan birində oğlunu müayinə etdirib, həmin həkimin rəyi əsasında addım atmaq istəyib. Dediyinə görə, buna icazə verilməyib.Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, bir neçə dəfə müvəkkilinin atasıyla birlikdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ediblər, hətta durumun ağırlığını nəzərə alıb özləri də ora gediblər: «Şamil üçün ümumiyyətlə, heç nə edilmədiyini demək olmaz. Müayinəyə göndəriblər. Bizə də dedilər ki, əməliyyat olunacaq. Məsələ ondadır ki, əməliyyat tezləşdirilməlidir. Elə bir vəziyyətdədir ki, uzun müddət gözləyə bilməz».Atanın oğlunu özəl klinikalardan birində yenidən müayinə etdirmək istəyinə gəlincə, Tibb Baş İdarəsindən deyilib ki, qısa müddətdə təkrar kompüter müayinəsinin zəruriliyi əsaslandırılmalıdır. Həkimin əsaslandırmasından sonra bu məsələyə baxıla bilər.«Hamısı vacib xəstələrdir»Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, əməliyyat növbəsi pozulmur. Çünki növbə pozulanda, narazılıqlar çox olur: «Bu məsələdə növbədə gözləyənlərin də vəziyyətini nəzərə almaq lazımdır. Onların da çoxunun vəziyyəti o qədər yaxşı deyil. Yəni gözləyənlərin hamısı vacib xəstələrdir».Ş.Abduləliyevə 14 il 6 ay həbs cəzası kəsilib.


Açar sözlər : 

Yazılıb da (də)   2018 noy 08  Saat  12   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin