Xəbər Lenti

Türkiyə Taleh Bağırzadənin tərəfdarını tutub Azərbaycana təhvil verdi

Əlcəzair paytaxtında on minlərlə nəfər aksiya keçirib

İlham Əliyevin Novruz təbriki üzərində kiçik bir gəzişmə

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Arxiv
 
Tarix : 2018 noy 09     |     Kod : 56873

Jurnalistin nazirə ünvanladığı məktubları əngəlləyirlər

16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının Ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubları göndərməkdən imtina edir.

arannews-Bu barədə Ə.Muxtarlı noyabrın 7-də həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışığı zamanı məlumat verib.Ə.Muxtarlı bildirib ki, ədliyyə nazirinə yazdığı məktubun məzmunu ona övladları ilə skayp danışığına şərait yaradılması ilə bağlı olub: "Qanunvericilikdə məhbusların ailə üzvləri ilə skayp danışığı nəzərdə tutulmayıb, amma bu, qadağan da olunmayıb”.L.Mustafayeva Arqument.Az-a deyib ki, 5 yaşlı qızı atası üçün darıxır və bu hal övladının psixoloji durumunu pisləşdirməyə başlayıb: "Nuray Əfqanla bu ilin fevralında yas mərasiminə buraxılanda danışa bilib. Artıq telefonla danışmaqdan yorulub, atasını görmək istəyir. Nuray bu ilin mart ayından psixoloji terapiyaya gedir”. "Əfqan yazdığı araşdırmalarına və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhvələrə, tənqidi fikirlərinə görə Gürcüstandan oğurlanaraq həbs olunub. Ədliyyə Nazirliyi və həbsxana rəhbərliyi göndərilən məktubların qarşısının alınmasına aydınlıq gətirməli, siyasi məhbusların azyaşlı övladlarını sınağa çəkəcək səviyyəyə enməməlidir”, - deyə Mustafayeva bildirib.Həbsxana rəhbərliyi Ə.Muxtarlının telefon zənglərinə məhdudiyyət qoyub. Artıq i il 5 aydır jurnalistin dostları ilə görüşməyinə icazə verilmir. 
Oktyabrın 7-də cəzaçəkmə müəssisəsinin nəzarətçiləri Ə.Muxtarlını "kars”a salıb, daha sonra çılpaq yağışlı havada saxlayıblar.Əfqan Muxtarlı 2017-ci ilin mayında  Azərbaycanda həbs olunub. Jurnalist Tiflisdə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işğəncəyə məruz qaldığını Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoylduğunu bildirib.Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.Məhkəmə jurnalistə qarşı ittihamları sübuta yetirə bilməyib. Belə ki, müdafiə tərəfin vəkillərinin jurnalistin üzərindən çıxdığı iddia olunan 10 min avro üzərindəki əl - barmaq izlərinin yoxlanılması, sərhəd keçid məntəqəsinin müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi, jurnalistin üzərindəki xəsarətlərin müayinəsi üçün tibbi ekspertizanın keçirilməsinə dair qaldırdığı vəsatətləri rədd edib. Muxtarlı 2018-ci il yanvar ayının 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb. 



Açar sözlər : 

Yazılıb da (də)   2018 noy 09  Saat  12   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin