Tarix : 2018 Nov 08
Kod 56874

Prokuror İŞİD-ə qoşulan 3 azərbaycanlıya cəza istədi

İŞİD-in tərkibində döyüşməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Arannews-Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD" terror qruplaşmasının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. 

Prokuror Emin Quliyevin 14 il, Asim Baxışov və Feyruz Əliverdiyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 İttihama görə, adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gücüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

 Elan olunmuş ittihamla hər üç şəxs özlərini təqsirli bilmədiklərini deyiblər.

  • Yazılıb
  • da (də) 2018 Nov 08
  • Göndərən مدير سايت Aran News