Xəbər Lenti

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

Nemət Pənahlı azadlığa çıxdı

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

İraq rəsmisi:"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Avropa Məhkəməsi Əvəz Zeynalı ilə bağlı şikayəti araşdırır

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Səud qəbiləsi və sionist rejimi arasında gizli hərbi əməkdaşlıq

Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar

Mirtağı Əsədov Azərbaycanda saxlanıb

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

Bakı beynəlxalq qətnamələrin pozulmasının təsirləri barədə xəbərdarlıq edib

Azərbaycanlı vətənpərvər gənc Facebook da yazdığı statusa görə həbs edildi

Gürcüstan Müsəlmanları İdarəsi son 5 ilin hesabatını təqdim etdi

ABŞ generalı Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə danışıb

İnanclı məhbus Xalid Kazımov: Aclıq aksiyasına başlayacam

İctimai fəallar Britaniyanın Ərəbistana silah satışını dayandırmasını istəyirlər

Yəmən ordusu Ərəbistan muzdlularının mövqeyinə raket zərbəsi endirib

Nazir: Müasir İpək yolunun bərpasında Azərbaycan, Türkiyə və Türkmənistanın üzərinə böyük məsuliyyət düşür

İŞİD və YPG Deyr əz-Zorda toqquşdu

Azərbaycan-R XİN Norveçin Bakıdakı səfirliyini bağlamasına münasibət bildirib

Jurnalist İlkin Məmmədli sərbəst buraxılıb

Məhkəmə Zamirə Hacıyeva haqqında qərar verdi

ABŞ-da barda atışma nəticəsində 12 nəfər ölüb, İranda isə bar olmadığı üçün

Arxiv
 
Tarix : 2018 noy 08     |     Kod : 56876

İmam Rzanın (ə) şəhadət günü münasibəti ilə başsağlığı veririk

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir

Arannews-Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) misilsiz elmini və əxlaqını gördüyü üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu özündən çıxardır. Əsil hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə dünyasını dəyişmişdir.Bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: “Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: “Halın necədir?”.

İmam (ə) buyurdu: “Ümid edirəm ki yaxşı olacaq”.Məmun dedi: “Mən də Allaha həmd olsun bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?”.İmam (ə) buyurdu: “Xeyr”.Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: “Bir dənə nar gətir” və mən də gətirdim. Dedi: “Öz əlinlə onu sıxıb, suyunu çıxart”. Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi”.O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allaha həmd etməyə başladı.Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları baş verən cinayətdən agah oldular.İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı.O, deyirdi: “Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir”.Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır.Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: “Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir”.Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər”.

 


Açar sözlər : 

Yazılıb da (də)   2018 noy 08  Saat  12   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin