Tarix : 2018 Nov 09
Kod 56880

Luis Fərraxandan Trampa: Müharibə başlayarsa, bu ABŞ-ın sonu olar

ABŞ-ın İslam Ümməti Hərəkatının lideri Luis Fərraxan ABŞ Prezidenti Donald Trampa müharibə düyməsinə basma mövzusunda xəbərdarlıq edib.

Arannews-İslamazeri.com xəbər verir ki, Tehranda mətbuat konfransı keçirən Luis Fərraxan Donald Trampa müraciət edərək, ""Rədd olsun ABŞ və İsrail" Amerikanı yox etməz, məhz siz Amerikanın yox olmasından cavabdehsiniz",- deyib.Mətbuat konfransında İranda olmaqdan duyduğu məmnuniyyəti dilə gətirən Fərraxan İran İslam İnqilabı Lideri Ayətullah Xameneiyə də təşəkkür edib.Nüvə müqaviləsinə toxunan hərəkat lideri İranın bu sazişə sadiq qaldığını, amma Trampın müqavilədən çıxaraq indi də İrana ən ağır sanksiyaları tətbiq etdiyini vurğulayıb.Trampa müharibə mövzusunda xəbərdarlıq edən Luis Fərraxan müharibə tətiyi çəkilər və ABŞ İsrail kimi müttəfiqləri ilə regionda müharibə başladarsa, o zaman Rusiya və Çin kimi başqa ölkələrin də bu müharibəyə girəcəyini və bunun da Amerikanın sonu olacağını ifadə edib.Luis Fərraxandan Trampa: Müharibə başlayarsa, bu ABŞ-ın sonu olar

  • Yazılıb
  • da (də) 2018 Nov 09
  • Göndərən مدير سايت Aran News