Xəbər Lenti

Azərbaycanda ictimai rəy Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarından xəbərsizdir

İmamlar (ə) anasının şəhadəti münasibəti ilə baş sağlığı

Yəmən Səudiyyə Ərəbistanının cənubuna raket yağdırıb

Rza şahın zibilliyə gömülmüş hakimiyyətini İlham Əliyev hakimiyyəti diriltməyə çalışır

20 YANVAR faciəsindən 29 il keçir

"Siyasi məhbuslara azadlıq!" mitinqdən - Fotolar

Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi

Vəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı

Bakıda müxalifət mitinq keçirdi

ISESCO 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

Arxiv
 
Tarix : 2018 noy 09     |     Kod : 56883

Köhnəlmiş neft emalı zavodu Bakını zəhərləyir

Bakı Neft Emalı Zavodunun havaya atdığı tullantılar paytaxt sakinlərini zəhərləyir.


Arannews-Uzun illərdir ki, Bakı Neft Emalı Zavodu paytaxtda havanın içirklənməsinin əsas mənbəyidir. Zavodun fəaliyyəti  köhnə texnologiyalara  əsaslanır. Bu səbəbdən havanı çirklənmə əmsalı müasir texnologiyalar əsasında qurulan neftayırma zavodlarına nisbətən dəfələrlə yüksəkdir.SOCAR zavodun yenidən qurulmasına 2 milyard dollar xərcləməyi planlaşdırır. Yenidənqurma prosesi ilə bağlı istehsalın dayandırılacağı gözlənilir. Amma hələ ki zavod işləyir və havanı çirkləndirməkdə davam edir.Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı  deyir ki, təşkilat yaranan gündən neft layihələrində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirinin monitorinqini aparır və hər il xüsusi hesabatlar hazırlanır. Hesabatlarda bu vaxta qədər şirkətlərin nə qədər cərimə ödədikləri qeyd olunur, amma şirkət rəhbərləri cəzasız qalır.“Son 5 ildə təkcə BP şirkəti ətraf mühiti çirkləndirdiyi üçün 1 milyon 240 min manatdan çox cərimələnib, SOCAR-a 500 min manata qədər cərimə yazılıb. SOCAR bəhanə gətirir ki, Neft Emalı Zavodunda avadanlıqlar köhnədir. Biz havaya qara tüstünün atılması ilə bağlı bu ilin iyun ayında sosial şəbəkədə yazan kimi Ekologiya Nazirliyi reaksiya verdi. Səhər saat 4-dən 6-ya kimi havaya  nə atırlarsa, ətrafda yaşayan insanlar nəfəs ala bilmir”-Qəhrəmanlı deyir.Xatırladaq ki, Bakı Neft Emalı Zavodunda texnoloji proseslərin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu və tüstünün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə cərimələnib.“Təkcə bu ilin yayında həmin zavod bildiyimə görə, 40 min manat cərimələnib. Oktyabr ayında yenidən nazirliyə yenidən müraciət etdik. Düzdür, ETSN cərimə tətbiq edir. Amma bu cərimə idarə rəhbərinin cibindən getmir. Heç bilinmir o cəriməni ödəyirlər, ya yox. Bu həm də Səhiyyə Nazirliyini düşündürməlidir. Çünki tullantılarda insan orqanizmi üçün fəsad törədən maddələr var. Havaya bu maddələri  atanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”-M.Qəhrəmanlı bildirib.Sonuncu dəfə bu ilin sentyabr ayında nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar. Aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri tərəfindən aparılan analizlərin  nəticəsi olaraq həmin ərazilərdə  havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyənləşib.Nazirlik tərəfindən zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib. Lakin zavod hələ də Bakını zəhərləməkdə davam edir...



Açar sözlər : 

Yazılıb da (də)   2018 noy 09  Saat  22   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin