Tarix : 2018 Nov 10
Kod 56892

ABŞ-da barda atışma nəticəsində 12 nəfər ölüb, İranda isə bar olmadığı üçün

Tramp da qayıdıb deyəcək ki, ay anam, ay bacım məgər sənin oğlunu biz məcbur etmişdik ki, gedib barda əylənsin, ağlı olardı gedib məsciddə oturardı.

Arannews-Xəbərdə yazılıb ki, ABŞ-da bir barda atışma olub, nəticədə 12 nəfər ölüb. Əlbəttə, ABŞ-ın avara məhəllələrindəki kafelər, barlar, oradakı qız üstündə dalaşmalar, içib "açarı itirmə" hallarını təkcə kinolardan görmürük, canlı həyatda da belədir. Zatən ABŞ kinoları elə həyatdan götürülmədir, əlbəttə bəzi xəyalların kinoda səhnələşdirmə məqamları istisna olmaq şərtiylə.İranı isə bəyənmirlər, halbuki İranda kafe, bar olmadığı üçün burada 12 nəfərin ölümü də baş vermir. İndi demokratiya tərəfdarları başlayacaq ki, niyə İranda demokratiya yoxdur. Mən deyim sizə? Baxın, ABŞ-da barda atışma baş verir və 12 nəfər ölür. İranda ümumiyyətlə bar yoxdur. Deməli söhbət bağlandı. İndi ABŞ-da ölən 12 nəfərin anası balasına yas saxlamayacaqmı? Saxlayacaq. Ağlamayacaqmı? Ağlayacaq. Deyəcəklər: tüpürüm sizin demokratiyanıza, mənim balamı qaytarın. Hələ Trampı harda görsələr üzünə bir lomba da tüpürəcəklər. Tramp da qayıdıb deyəcək ki, ay anam, ay bacım məgər sənin oğlunu biz məcbur etmişdik ki, gedib barda əylənsin, ağlı olardı gedib məsciddə oturardı. Dahası da var. Xəbərdə deyilir ki, amerikalı polis qaradərili vətəndaşa atəş açıb, vətəndaş həyatını itirib. İranda isə qara dərili vətəndaşlar dini təhsil alırlar. Gedib görə bilərsiniz ki, nə qədər qaradərili insanlar bu ölkədə dini təhsil və tədrislə məşğuldur. ABŞ yarandığı gündən bu günə qədər saysız-hesabsız ölkələri işğal edib, sərvətinə, neftinə göz tikib, Sırağa gün Buş İraqa, Əfqanıstana, dünən Obama Fələtinə "burnunu soxurdu", bu gün Tramp deyir İran çökməlidir. Bunlar xalqın dövlətini, vətənini, sərvətini qəsb edən tamahkar insanlardır. İranda isə Ayətullah Xamenei fiqhin (şəriət hökmləri) xaric dərsində tələbələrə deyir ki, qəsb olunmuş suyla dəstəmaz alınsa batildir. 
İranın etdiyi bütün müsbət işləri Quran buyurur. Müqəddəs kitabımız deyir ki, şərab, qumar, fal oxları şeytan əməlidir. Quran buyurur ki, biz insanlar bir-birini tanısınlar deyə xalqlara ayırdıq. Allah yanında ən hörmətlisi ən çox təqvalı olan insandır. Üstəlik Quran hamisi olan İran dövləti də ağ dərili ilə birlikdə qaradərilini də təqvaya çatdıran elmlə maarifləndirir. Quran buyurur ki, qəsb eləmə, öldürmə, ziyan vurma. İndi siz deyin, hansı daha yaxşıdır?
Bir qədər əvvəl Trampla oğlu barda ölən ananın kiçik dioloqunu əbəs yerə yazmadıq. Ana Trampı, başqa sözlə dövləti günahkar bilir ki, niyə barın fəaliyyətinə icazə verirsiniz. Niyə şərabxorluğu, şərab satışını, istehsalını, içilməsini icazəli edirsiniz? Balalarımız ölür, ailələr dağılır. Tramp da deyir ki, bizim ölkədə məscid də var, oğlun məscidə gedərdi. Hər iki söz düzdür. Yəni həm barlar açıq olmamalı, şərab evləri, dükanları, mərkəzləri yığışdırılmalıdır, həm də insan özündə ümumiyyətlə şəraba, harama nifrət oyatmalıdır. İran bu mənada ABŞ-dan iki qat güclü, mədəni, demokrat, aristokrat, sağlam və ağıllıdır. Çünki həm şərab evləri yoxdur, həm barlar şahın gedişiylə birdəfəlik getdi, həm də xalqa efirdən, radiodan, məktəbdən, universitetdən, hövzədən dərs keçib deyirlər ki, bu işlər əbəs, haram, günah və zərərli işlərdir. Ağlı olan ABŞ-lı gedib İranda yaşasın.

  • Yazılıb
  • da (də) 2018 Nov 10
  • Göndərən مدير سايت Aran News